Putin ona heyran olduğunu bildirdi

31-05-2024, 10:04           
Putin ona heyran olduğunu bildirdi
Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdim edilməsi mərasimi zamanı Federasiya Şurasının sədri Valentina Matviyenkoya Rusiya Federasiyasının Əmək Qəhrəmanı nişanını təqdim edib.

“Unikal” xəbər verir ki, Putin deyib ki, “Vətənə sədaqət, cəmiyyətin və Rusiya vətəndaşlarının xeyrinə işləmək” uzun illər Matviyenko üçün “həyatın mənasını təşkil edib”.

Prezident, həmçinin, Matviyenkonun “təcrübəsinə, biliyinə və təşkilatçılıq istedadına” heyran olduğunu bildirib və qeyd edib ki, Federasiya Şurası sədrinin bu keyfiyyətləri “böyük hörmət doğurur”.

“Onun xidmətlərinin tanınması Əmək Qəhrəmanı adının verilməsini zəruri edirdi”, – deyə Putin vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru