Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar.
Bu barədə TASS-a Moskvadakı Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Qeyd olunur ki, noyabrın 10-da Bakı vaxtı ilə saat 16:06-da 3889 (S07E26) günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M9.5 partayışı qeydə alınıb.