Evdə nəyə görə sirkə qaynatmaq lazımdır?

14-11-2024, 15:08           
Evdə nəyə görə sirkə qaynatmaq lazımdır?
Evdə sirkə qaynatmaq təmizləyici və antibakterial təsirləri ilə tanınan bir üsuldur. Foodinfo.az xəbər verir ki, sirkə təbii antiseptik xüsusiyyətlərə malikdir və havasız, rütubətli yerlərdə olan bakteriya və kifləri azaltmağa kömək edir. Eyni zamanda, sirkə qaynadıldıqda buxar olaraq havaya yayılan asetik turşu pis qoxuları neytrallaşdıraraq evi təravətləndirir.Bununla belə, sirkə qaynadılan zamanı diqqətli olmaq vacibdir, çünki buxarlanan asetik turşu göz və tənəffüs yollarını qıcıqlandıra bilər. Sirkə buxarı astma və ya tənəffüs problemləri olan insanlar üçün narahatlıq yarada bilər. Buna görə də, sirkə qaynadarkən pəncərə açıq olmalı və yaxşı havalandırılan yerdə edilməlidir. Evin təmizlənməsi və havasının yenilənməsi üçün sirkə effektiv olsa da, qaynadılmadan istifadə edilməsi daha təhlükəsiz və praktik hesab olunur. Sirkəni qaynatmadan müxtəlif səthlərdə təmizləyici olaraq istifadə etmək həm daha az risklidir, həm də təsirli bir təmizləmə üsuludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru