Dənizdə itən fotoqraf başqa ölkədə TAPILDI

2-12-2024, 11:34           
Dənizdə itən fotoqraf başqa ölkədə TAPILDI
Oktyabrın 30-da İngiltərənin Qərbi Uelsin Pembrokeshire sahilindən vəhşi təbiət və gün batımı fotoşəkilləri çəkmək üçün yola çıxan 54 yaşlı Chris Ellery mühərriki xarab olduqdan sonra dənizin o tayına sürüklənərək İrlandiyaya aparılıb.

Moderator.az xəbər verir ki, o, Fişqvard limanına (Uelsdəki kiçik bir sahil şəhəri) qayıda bilməyəndən sonra xilasetmə qrupları, o cümlədən sahil mühafizəsi, üç təyyarə və beş qayıq Elleriyə yola düşüb. "The Times of London" qəzeti fotoqrafın bəzi əşyalarının yalnız qayıqla gedə biləcəyi körfəzdə tapıldığını yazıb.

Fotoqrafın üzərində AirTag izləmə cihazı olsa da, axtarış-xilasetmə qrupu fotoqrafı İrlandiya dənizi üzərində tapa bilməyib. İrlandiyanın boş bir hissəsinə enən Ellery daha sonra ərazidəki polis bölməsinə gedib.

Ellery vəziyyəti ilə bağlı bunları deyib: “Mən yerli polis bölməsinə doğru gedərkən, Şey adlı gözəl bir adam avtomobilində dayandı və ən yaxın polis bölməsinin 16 mil uzaqda olduğunu deyərək məni Baltinglassdakı polis bölməsinə aparmaq istədiyini söylədi".
Uikloudakı Baltinglass polis bölməsinə gəldikdən sonra məmurlar Ellereya kömək etmək istədiklərini deyərək ailəsini xəbərdar edib. Elleri həmin an həyat yoldaşı və qızının səsini eşidəndə kövrəlib.

İrlandiyanın Baş naziri Simon Harris də Ellery üçün "Wicklow-a xoş gəlmisiniz" mesajını paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.