Gözəllik salonlarında ehtiyatlı olun – Xəbərdarlıq

16-08-2017, 09:57           
Gözəllik salonlarında ehtiyatlı olun – Xəbərdarlıq
Gözəllik salonlarına gedərkən ehtiyatlı olun.

Axar.az xəbər verir ki, bu sözlərlə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov çıxış edib.

O, gözəllik salonlarına müraciət edən xanımları diqqətli olmağa çağırıb. Salonların birində baş verən halla bağlı İB-ə ünvanlanmış şikayət məktubunu paylaşan E.Hüseynov nazirliklərə müraciət ünvanladığını deyib:

“Gözəllik salonundan şikayətlər davam edir. Növbəti ərizəni nəzərinizə çatdırıram. Bu şikayəti danışıq yolu ilə həll etməyə nail olmadıq. Azad İstehlakçılar İctimai Birliyi bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə, Vergilər Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərib. Bir sözlə, ehtiyatlı olun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru