İsrail Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarının verildiyi iddia edilir.
Axar.az xəbər verir ki, bu barədə İspaniya məhkəmələrindən birinin qərar verdiyi bildirilib.
Qeyd edilir ki, İsrail hərbçilərinə 2010-ci ildə Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə hücum əmrini verən Netanyahu və yeddi hökumət rəsmisi İspaniyaya gedərsə, həbs ediləcəklər.