Qusar rayon Kuzun-qışlaq kəndində kanaldan meyit tapılıb - Tanıyan varsa polisə xəbər versin FOTO

27-06-2018, 21:20           

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyunun 27-də Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22; 023-385-28-03 şəhər və (050) 321-87-20; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Nizam Həmidov

polis leytenantı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru