Aptekdə müştəri müdir və işçi tərəfindən döyüldü

3-07-2018, 13:42           

Hadisə Nərimanov rayonu, Həsənəliyev küçəsi 82-də yerləşən aptekdə qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, müştəri Fərid Hüseynov dərman almaq istəyən zaman aptekin müdiri Məhəmməd Məmmədov və əzcazçı Aqil Əzizovla sözü çəp gəlib. Bu zaman müdir və əzcazçı vitrin arxasından çıxaraq müştərini döyməyə başlayıblar. Döyülmə kadrları aptekin müşahidə kamerasına düşüb.
Faktla əlaqədar xəstəxanaya müraciət edən F.Hüseynova lazımı tibbi yardımlar göstərilib, xəsarət dərəcəsini müəyyənləşdirməkdən ötrü məhkəmə-tibbi ekspertiza təyin edilib.

Faktla əlaqədar Nərimanov RPİ-də təhqiqat araşdırmalarına başlanılıb, müdir və əzcazçının ifadəsi alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.