Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb - Alita, Adel, Amelya, Alfina, Efran, Madelin...

8-07-2019, 19:52           
Terminologiya Komissiyası valideynləri övladlarına mənası anlaşılmayan adlar qoymamağa çağırıb - Alita, Adel, Amelya, Alfina, Efran, Madelin...
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası valideynləri övladlarına mənşəyi bilinməyən və mənası anlaşılmayan adlar qoymamağa çağırıb.

Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında deyib ki, yenidoğulan körpələrə ad seçən valideynlər daha çox mənşəyi bilinməyən adlara meyil edirlər:

“Məsələn, elə valideynlər var ki, övladlarına Alita, Adel, Amelya, Alfina, Efran, Madelin kimi mənşəyi bilinməyən adlar qoymağa çalışırlar. Təbii ki, bu adların heç birisinin mənası yoxdur. Biz valideynləri övladlarına mənası anlaşılmayan və mənşəyi bilinməyən adlar qoymamağa çağırırıq”.

Qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb. Həmin adlardan 18-nin qoyulmasına qadağa qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru