Roma, turistlərin Trevi Fontanına axınını məhdudlaşdırmağı planlaşdırır

26-11-2019, 04:49           
Roma, turistlərin Trevi Fontanına axınını məhdudlaşdırmağı planlaşdırır
Roma meriyası, Trevi Fontanı ətrafındakı meydanda eyni vaxtda olan turistlərin sayının məhdudlaşdırılması imkanlarını müzakirə edir.

Trend-in məlumatına görə, tədbirlərdən biri abidə ətrafında qoruyucu maneə baryeri ola bilməsidi ki, bu da səyahət edənlərin mərmər pilləkanlarda oturmasına və ya suya tullanmasına imkan verməyəcəkdir. Hər ikisi qadağan olunsada, belə hallar tez tez təkrar olunur.

Fontan ətrafında turist sayının məhdudlaşdırmağın ikinci yolu, meydana aparan 5 küçənin hər birinə polis postu qoymaqdır.

Bu cür tədbirlərin məqsədi, memarlığın şah əsərini qorumaqla yanaşı, şəhər qonaqlarını cibgirlərdən, selfi çəkdirmək üçün daha yaxşı yer seçiminə görə qarşıdurmalardan qorumaq və fəvvarə qarşısında qanunsuz ticarət fəaliyyətlərinə son qoymaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.