Zelenski Mariupol şəhərinin müharibədən əvvəl çəkilən görüntülərini paylaşdı - FOTO

24-04-2022, 09:42           
Zelenski Mariupol şəhərinin müharibədən əvvəl çəkilən görüntülərini paylaşdı - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı hərbi əməliyyatlarda həyatını itirən operator və fotoqraf Viktor Dedovun Mariupol şəhərinin müharibədən əvvəl çəkdiyi fotolarını paylaşıb.


“Bura Rusiya qoşunlarının işğalından əvvəlki Mariupol idi. Yarım milyonluq gözəl şəhər. Hazırda orada zərər görməmiş bir bina belə yoxdur. Mariupol yoxdur”, - jurnalistin fotolarını paylaşan Volodimir Zelenski qeyd edib.

Qeyd edək ki, Viktor Dedov martın 23-də Mariupola endirilən hava zərbələri nəticəsində həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru