Sinqapurda psixi pozğunluğu olan şəxs edam edildi

28-04-2022, 10:24           
Sinqapurda psixi pozğunluğu olan şəxs edam edildi
2010-cu ildə 43 qram heroini qaçaqmalçılıq yolu ilə Sinqapura keçirməyə cəhd göstərən 34 yaşlı Malayziya vətəndaşı Nagentram Dharmalingam edam edilib.

Mənbə yazır ki, edam qərarı aprelin 27-si səhər saatlarında icra edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sinqapur məhkəməsi müttəhimin vəkillərinin onun edamının dayandırılması ilə bağlı son vəsatətini rədd etmişdi.

Məlumat üçün əlavə edək ki, məhkəmə Nagentram Dharmalingamı hələ 2010-cu ildə ölüm cəzasına məhkum etmişdi.

Lakin müdafiə tərəfi saxlanılan şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyini əsas gətirərək digər məhkəmə instansiyalarına müraciət etmişdi.

Ötən ilin noyabrında məhbus həbsxanada koronavirus infeksiyasına yoluxduğu üçün edamı təxirə salınmışdı.

Mənbə: Star












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru