Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü Tik-Tok-da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO

28-04-2022, 10:06           
Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü Tik-Tok-da paylaşdı -
Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, Tik-Tok-da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.

Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.
Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz Tik-Tok səhifəsində paylaşılıb və bir müddət sonra silinib.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru