Rusiya və İran viza rejimini qarşılıqlı ləğv etməyi planlaşdırır

8-05-2022, 21:50           
Rusiya və İran viza rejimini qarşılıqlı ləğv etməyi planlaşdırır
Rusiya Baş nazirinin müavini, Rusiya-İran müştərək iqtisadi komissiyanın həmsədri Aleksandr Novak İrana səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.

Aleksandr Novak səfər çərçivəsində İran prezidentinin müavini ilə görüşəcək.Mehdi Səfəri qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında maliyyə və iqtisadi sahədə əməkdaşlıq, tranzit problemlərinin həlli, neft və qaz sahəsində əməkdaşlıq, eləcə də viza rejiminin qarşılıqlı ləğvi ilə bağlı danışıqlar aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru