Kür çayında suyun səviyyəsi artdı: SƏBƏBİ BUDUR - FOTO

9-05-2022, 10:18           
Kür çayında suyun səviyyəsi artdı:
Kür çayında suyun səviyyəsində artım 1,5 metrə çatıb.

Teref.az yazır ki, Bizim.Media-nın cənub bürosunun məlumatına görə, son günlər havaların yağmurlu keçməsi Kürdə sululuğun artmasına səbəb olub.

May ayının sonlarından müşahidə olunan artım əsasən Kürün Salyan rayonu ərazisindən keçən hissəsindən deltasına doğru daha çox müşahidə olunur.

Hazırda Kür çayında suyun səviyyəsində artım 1,5 metr-ə çatıb.

Qeyd edək ki, son illər Kür çayında suyun azalması səbəbindən kürboyu ərazilərdə, əsasən də Saylan, Neftçala rayonlarının əksər kəndlərində əkin sahələrinin suvarılmasında ciddi problemlər mövcud idi.

Çayda suyun səviyyəsinin artması bu problemin aradan qalxmasına səbəb olub. Hazırda sahil boyu quraşdırılmış su nasoslarının fəaliyyəti bərpa olunub. Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında artımlar müşahidə olunacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru