Bitkoin yanvardan bəri ən aşağı səviyyəyə endi

9-05-2022, 10:39           
Bitkoin yanvardan bəri ən aşağı səviyyəyə endi
Bitkoinin dəyəri yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

“Ölkə.Az”ın məlumatına görə, çökən səhm bazarları hazırda texnoloji səhmlər kimi daha riskli aktiv olaraq kriptovalyutalara da zərər verməyə davam edib.

Bazar ertəsi səhər ticarətində bitkoin 33,266 min dollara qədər ucuzlaşıb və yanvar ayının minimumu olan 32,951 min dollar həddini test edib. Bitkoin bu səviyyədən aşağı düşərsə, ötən ilin iyulundan bəri ən aşağı səviyyəyə enmiş olacaq.

Daha sonra isə bitkoin 1,4% ucuzlaşaraq 33,500 min dollar ətrafında ticarət etməyə davam edib.

Qeyd edək ki, Nasdaq texnologiya indeksi ötən həftə 1,5% geriləyib və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini artırmasından əziyyət çəkərək bu günə qədər 22% dəyər itirib.

Könül












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru