Bu il Çin xaricdən neft və qaz alışını azaldıb

9-05-2022, 10:32           
Bu il Çin xaricdən neft və qaz alışını azaldıb
Bu ilin ilk dörd ayının nəticələrinə görə Çin xaricdən neft və təbii qaz alışını azaldıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə ölkə 116,07 milyard ABŞ dolları dəyərində 170,8 milyon ton neft idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,7 % çoxdur, kəmiyyət olaraq – 4,8 % azdır.

2022-ci ilin yanvar-aprel aylarında Çin xaricdən 21,6 milyard ABŞ dolları dəyərində 35,8 milyon ton “mavi yanacaq” alıb. Bir il əvvəlki göstəricilərlə müqayisədə tədarük müvafiq olaraq 59,9 % artıb və 8,9 % azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru