Latviya Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə girişi qadağan edib

10-05-2022, 10:33           
Latviya Kirkorov, Petrosyan və Viner-Usmanova üçün ölkəyə girişi qadağan edib
Latviya rusiyalı müğənni Filipp Kirkorov, komediya ustası Yevgeni Petrosyan və Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanovanın respublikaya girişinə qadağa qoyub. Bu barədə bazar ertəsi, mayın 9-da ölkənin xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Latviyanın Rusiyanın tanınmış simalarını “persona non qrata” elan etdiyi bildirilir. Kirkorov, Petrosyan və Viner-Usmanovaya “qeyri-müəyyən müddətə” ölkəyə giriş qadağan edilib.

Rinkeviçs bu qərarın “immiqrasiya qanunu əsasında” qəbul edildiyini qeyd edib. Eyni zamanda o bildirilib ki, Rusiya vətəndaşlarının qara siyahıya salınmasına səbəb onların Ukrayna müharibəsində Rusiyaya dəstək verməkdə fəal mövqe nümayiş etdirmələridir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru