Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil - VİDEO

10-05-2022, 16:00           
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil - VİDEO
Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərinin daşındığı maşın nümayiş etdirilib.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Əl-Cəzirə” nəşri video-məlumat yayıb.

Məlumata görə, jurnalistlər Kiyev vilayətindəki döyüşlərdə həlak olan rusların cəsədlərinin toplandığı yerə eksklüziv giriş əldə ediblər.

Kadrlarda Rusiya ordusunun geyim formasının fraqmentləri, Rusiya istehsalı olan zirehlər, ölənlərin elit rus qoşunlarına aid olduğunu göstərən şevronlar, əsgərlərin üzərindən mülki şəxslərdən oğurlanmış qızıl-zinət əşyaları aşkar edilib.

“Rusiya İkinci Dünya müharibəsindəki qələbəsinin ildönümünü qeyd etmək üçün güc nümayişi hazırlasa da, onun Ukraynadakı döyüşünün reallığı daha qaranlıq görünür”, - video süjetdə deyilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru