Zelenski: “Ukrayna Silahlı Qüvvələri Xarkovu azad etməyə başlayıb”

11-05-2022, 08:58           
Zelenski: “Ukrayna Silahlı Qüvvələri Xarkovu azad etməyə başlayıb”
"Ukrayna Silahlı Qüvvələri hamımıza Xarkov vilayətindən xoş xəbərlər çatdırıb. İşğalçıları tədricən Xarkovdan sıxışdırır".

"Report” "RBC Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində cəbhədəki vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri tədricən Rusiya hərbçilərini Xarkovdan sıxışdırıb çıxarır, regionun ərazisini azad edir.

O, həmçinin ukraynalıları təmkinli olmağa və həddindən artıq emosiyalar yaymamağa çağırıb.

"Həmçinin xalqımızı hədsiz emosiyalar yaymamağa çağırmaq istərdim. Hər həftə, hətta hər gün müəyyən qələbələr gözlənildiyi halda, siz bu cür konkret mənəvi təzyiq mühiti yaratmamalısınız. Ukrayna Silahlı Qüvvələri bütün şəhərlərimizi azad etmək üçün əlindən gələni edir”, - Prezident vurğulayıb.

Xatırladaq ki, Ukrayna müdafiə qüvvələri Xarkov vilayətinin 4 kəndini Rusiya hərbçilərindən azad edib. Rusiya ordusunun bölmələri Xarkov və Çuquyev rayonlarından çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru