Ukraynaya ilk mərhələdə 140 tank veriləcək

1-02-2023, 08:48           
Ukraynaya ilk mərhələdə 140 tank veriləcək
“İlk yardım partiyası çərçivəsində Ukrayna müttəfiqlərdən 120-140 müasir Qərb tankı almalıdır”.

“RBC-Ukraina” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda tank koalisiyasının 12 üzvü var.

Kulebanın fikrincə, koalisiyaya daxil olan ölkələrin adları və onların yardımı barədə məlumat vermək hələ tezdir, çünki bu dövlətlərin bəziləri hələ də daxili prosedurlara uyğun olaraq formal qərarlar qəbul etməlidir: “Yalnız onu qeyd edə bilərəm ki, birinci partiyada Ukrayna Silahlı Qüvvələri 120-dən 140-a qədər Qərb modelli müasir tanklar alacaq. Buraya “Leopard 2”, “Challenger 2”, “M1 Abrams” tankları daxildir. “Leclerc” tankları ilə bağlı da böyük ümidlərimiz var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.