Daha bir ailə faciəsi: Qızının xilas edilməsini gözləyən ata infarktdan öldü

9-02-2023, 00:09           
Daha bir ailə faciəsi:
Zəlzələ çox sayda insanın həyatını yarıda qoyub.

Günlər keçdikcə, dəhşətli ailə faciələri ilə bağlı da xəbərlər gəlir.

Hurriyyet.Az xəbər verir ki, dağıntılar altında qızının xilas edilməsini gözləyən ata infarkt keçirərək dünyasını dəyişib.

6 ay əvvəl Hatayda sosial təminat mütəxəssisi kimi işə başlayan Büşra Dalaslanın (25 yaş) qaldığı bina zəlzələdə uçub. Həmin vaxt evdə olan anası və bacısı dağıntılar altından çıxa bilsə də, Büşra buna nail ola bilməyib. Yozqatın Şəfaatlı rayonunda imam işləyən atası Adem Dalaslan qızının dağıntılar altında qaldığını eşidib Hataya gedib. Qızından xəbər gözləyərkən infarkt keçirən ata dağıntılar arasında dünyasını dəyişib. Cənazəsi Hataydan Yozqata gətirilən Dalaslan üçün Şəfaət məscidində cənazə namazı qılınıb. Namazdan sonra Dalaslan Yozqatın Topaç kənd qəbiristanlığında dəfn edilib. Qızı Büşra Dalaslanın hələ də dağıntılar altında olduğu bildirilib.
Daha bir ailə faciəsi: Qızının xilas edilməsini gözləyən ata infarktdan öldü













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.