Dağıntılar altında qalan qızın dedikləri hamını duyğulandırdı - VİDEO

9-02-2023, 11:38           
Dağıntılar altında qalan qızın dedikləri hamını duyğulandırdı - VİDEO
Hatayda axtarış-xilasetmə işlərinə qatılan Zonguldakdan olan mədən işçisi dağıntılar altında qızla qarşılaşıb.

Metbuat.az xəbər verir ki, azyaşlı qızın üzünü təmizləyən mədən işçisinin uşaqla dialoqu hamını duyğulandırıb.

"Bax burdayam. Yanına gəlmişəm. Səni buradan çıxaracağıq. Bir az dincəl, amma yatma. Buradan çıxandan sonra səninlə oynayarıq" - deyən mədən işçisinə qız gözlərini yumaraq "Bir az dincəlim, əlim ağrıyır" deyə cavab verib.

Mədən işçisi isə əlləri ilə balaca qızın üzünü təmizləyərək “Buralar tozdur. Gözlərini bağlı saxla. Bax, mən sənin yanına gəldim. Heç vaxt qorxma. Səni buradan çıxaracağam” deyib.

Qeyd edək ki, azyaşlı qız xilas edilib.
1:51
1:52












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru