Krımda “Vaqner”ə işə qəbulla bağlı reklam bannerləri sökülür - VİDEO

24-06-2023, 13:28           
Krımda “Vaqner”ə işə qəbulla bağlı reklam bannerləri sökülür - VİDEO
Rusiyanın nəzarətində olan Krımda “Vaqner” özəl hərbi şirkətinə işə qəbul olunmaqla bağlı reklam bannerləri sökülməyə başlayıb.

Bunun təsdiq edən görüntülər Rusiyanın “Telegram” kanallarında yayımlanıb.

Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdığını bəyan edib.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru