Nikaraquada okeanlararası dəmir yolu inşa ediləcək

26-06-2023, 13:08           
Nikaraquada okeanlararası dəmir yolu inşa ediləcək
Nikaraquada okeanlararası dəmir yolunun tikintisi planlaşdırılır.

Dəmir yolu Sakit okean sahilindəki Korinto limanını Karib dənizi (Atlantik okeanı) sahilindəki Blufilddə inşası planlaşdırılan limanla birləşdirəcək.

“Biz bu istiqamətdə irəliləyirik və bu, xəyal deyil. Biz möhkəm və inamla irəliləyirik”, - deyə Nikaraquanın tikinti və nəqliyyat naziri Oskar Moxika bildirib.

Moxika ölkənin qərbindən şərqinə uzanacaq bir dəmir yolundan əvvəl Manaqua, Masaya və Qranada şəhərləri arasında başqa bir dəmir yolu xəttinin tikiləcəyini söyləyib.


“Bu, müasir, səmərəli və aşağı karbon tullantılı nəqliyyat xidmətləri göstərmək üçün vacibdir”, - o qeyd edib.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru