Qatılaşmış lil və dərin çatlar: Qurumuş Kaxovka su anbarından qorxunc görüntülər - VİDEO

26-06-2023, 14:08           
Qatılaşmış lil və dərin çatlar: Qurumuş Kaxovka su anbarından qorxunc görüntülər - VİDEO
Ukraynanın “Most” nəşrinin jurnalisti Sergey Nikitenko Dnepr çayının sağ sahilində, Novovorontsovka kəndi yaxınlığında qurumuş Kaxovka su anbarının dibini görüntülərini paylaşıb.

Kadrlarda çay yatağının dərin çatlarla və 20-50 sm dərinlikdə lillə örtüldüyü görünür.

“Kaxovka su anbarının dibi belə görünür. Biz son 70 ildə burada gəzən ilk adamıq. Dibi nisbətən təmizdir, demək olar ki, zibil yoxdur. Raketlərin qalıqları və partlamamış raketlər var”, - deyə jurnalist əlavə edib.


Xatırladaq ki, iyunun 6-na keçən gecə Kaxovska Su Elektrik Stansiyasının bəndi partladılıb. Nəticədə anbardan aşağıda yerləşən yaşayış məntəqələrini sel basıb.

Mənbə: investigator.org.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru