Azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar - FOTO

26-06-2023, 09:07           
Azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar - FOTO
Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar.

Oxu.Az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zilhiccənin (həcc ayının) 8-ci günündə Məkkədəki zəvvarlar “ehram” (zəvvarların xüsusi geyimi) geyinərək Mina adlanan əraziyə yollanıblar. Onlar bu günü Minada keçirərək namaz qılıb, ibadət edəcəklər. Sabah isə zəvvarlar sübh namazından sonra Ərəfat dağına yollanacaqlar.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 22-dək Vətənə qayıdacaqlar.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru