Bahalaşma OLACAQ: Əhali ərzaq alıb yığmağa başladı - ŞOK

10-04-2025, 15:26           
Bahalaşma OLACAQ: Əhali ərzaq alıb yığmağa başladı - ŞOK
ABŞ-da ərzaq mağazalarında alış-veriş canlanıb.

Musavat.com xəbər verir ki, buna səbəb prezident Donald Trampın idxal məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumlarıdır.

Yeni tariflərin qüvvəyə minməsi ilə ölkə vətəndaşları ehtiyat tədbiri görməyə başlayıblar. Onlar, əsasən, uzun müddət saxlanıla bilən məhsullara üstünlük verirlər.

Marketlərdə lobya, konserv məhsulları, un və digər ərzaq mallarına tələbat xeyli artıb. Mağazalardakı bu məhsullar artıq tükənmək üzrədir.

Ekspertlərin fikrincə, amerikalıların bu davranışı təsadüfi deyil. Çünki insanlar yaxın aylarda ərzaq məhsullarının qiymətlərinin kəskin bahalaşacağından ehtiyat edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru