Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

19-05-2025, 09:14           
Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı
Mayın 11-də tarixi Xudafərin körpüsündə qanunsuz qazıntı aparan şəxsin Araz çayında meyiti aşkarlanıb.

Gunaz.tv xəbər verir ki, meyit Xudafərin körpüsündən 500 metr aşağıda, dəmir körpünün 30 metrliyində tapılıb. Xilasedicilərin hələlik kimliyi məlum olmayan şəxsin meyitini çıxarmaq üçün əməliyyat apardıqları bildirilib.

Qeyd edək ki, may ayının 11-də saat 04:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

İran ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru