Ağdam icra başçısının yeni pul yığanı kimdir?
15-07-2015, 17:54
Ağdam rayonunda son bir ildə aparılan bütün abadlıq işlərini icra başçısının yaxın adamı Tahir Əliyevlə Raqub Məmmədovun Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxs həyata keçirir.
Büdcə idarələrindən aylıqları isə Raqub Məmmədovun birinci müavini Zülfü Qasımovun sürücüsü toplayır.
Ağdamdan AzFakt.com-un elektorn poçtuna daxil olan məlumata görə rayon icra başçısı Raqub Məmmədov özünə yeni pul yığan təyin edib. Məlumatda deyilir ki, icra başçısının birinci müavini Zülfü Qasımovun Siyavuş adlı sürücüsü pul yığma işini həyata keçirir. Birinci müavinin sürücüsü ayda bir dəfə büdcə təşkilatları rəhbərlərinin və yerli iş adamlarının qapısını “döyür”. İdarə müdirlərindən yığılan haqq isə Zülfü Qasımovun vasitəsi ilə icra başçısı Raqub Məmmədova çatdırılır.
Ağdamdan verilən məlumatda bildirilir ki, icra başçısı Quzanlı qəsəbəsinin abadlaşdırılması üçün ayda bir dəfə idarə müdirlərindən, 2 aydan bir isə iş adamlarından haqı yığır. Hətta Raqub Məmmədov bəzi iş adamlarına Quzanlı qəsəbəsindəki boş torpaq sahələrində obyekt tikmələrini təklif edərək, bunun əvəzində rayonun abadlığına sərmaye qoymalarını istəyib.
Ağdam rayonunda son bir ildə aparılan bütün abadlıq işlərini icra başçısının yaxın adamı Tahir Əliyevlə Raqub Məmmədovun Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxs həyata keçirir. Quzanlı qəsəbəsində və digər kəndlərdə rayonnun daxili hesabın aparılan abadlıq, quruculuq işlərində külli miqdarda maliyyə maxinasiyalarının olduğu deyilir.
Qeyd edək ki, icra başçısının xalası oğluna məxsus şirkətin həyata keçirtdiyi tikinti işləri və baş verən maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.