Özü boyda Vətən olan sənətkar ( M. İsmayılın 80 illik yubileyinə )

5-11-2019, 21:33           
Özü boyda Vətən olan sənətkar ( M. İsmayılın 80 illik yubileyinə )
Söz ustadıı haqqında nəsə demək , nəsə danışmaq çox çətin və məsuliyyətlidir. Onun haqqında yazmaq üçün sözləri seçmək cilalalamaq gərək. Özü boyda bir dünya olan Məmməd Ismayıl. 80 ili arxada qoymuş bu insan haqqında heç bir fərqli söz demədən , heç bir fərqli ifadə işlətmədən deyərdim : - " Sətir və misraları ilə Vətəni mənə sevdirən adam " Hər kəlməsindən Vətən hopan bir sənətkar. Söz sərrafı. Yazdığı şeirlərini hər kəlməsi ilə Vətən eşqi , xalq məhəbbəti aşılayan ustad .Vətənin seçilməz olduğunu , bütün dünyanın gözəlliklərinin fövqündə duran bu əzəmətin gücünü qəlblərə damla damla , gilə - gilə axıdan ustad :
Dostu bu dünyada seçib taparlar ,
Dost - düşmən seçilər , Vətən seçilməz
Qayanı yonarlar , dağı çaparlar
Dağ - qaya kiçilər Vətən kiçilməz.
- deyir. Və bu kiçilməməzlik üçün ürəyinin hənirtisini dilə gətirir. Məmməd İsmayıl bizim üçün " dünyaya cığır açan , bizdən qabaqda yol gedən , qədəmindən nur yağan bir sənətkardır. Onun şeirləri fəlsəfədir. Mənası və məzmunu çox dərindir. O , xalqın sərvətidir. Xalqın dərdini , ağrısını , acısını onun özündən də çox daşıyan bir dahidir Məmməd İsmayıl .
Bir tükənməz nağıl olsun Vətən torpağı
Ha yol gedim çatammayım sərhədlərinə - deyən sənətkar bölünməz , parçalanmaz , vaxtı ilə əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni üçün hayqırır , onu qaytarmaq hər bir vətən övladının müqəddəs borcudur " deyərək , mübarizlik və əzmkarlıq aşılayır.
Məşhur Braziliya yazıçısı və şairi
Paulo Koeliyonun sözlərini xatırlayaq : - " Ürəyini ram edə bilən kəs bütün dünyanı özünə tabe edə bilər " Məmməd Ismayıl da öz qəlbini və sevgisini xalqın acısı və ağrısına ram etmiş və onun özü olmuş bir dühadır. Bəli , M.İsmayıl bu gün xalqdır , xalqın naləsidir , fəryadıdır.
Bu xalq yeddi yerdən zavala gəldi
Bu xalqın danışan dili olmadım .
Bu xalqın başına min bəla gəldi
Mən ki , dözüb durdum , dəli olmadım,-
Mən şair deyiləm , aram-qardaşım - deyərək milyonların qəlbində özünə yer qurduğu halda özünü şair hesab etmədiyini söyləyir. Bu bir Böyük adamın , bir böyük yazarın özünün də söylədiyi kimi " təvazökarlığı deyil " etirafıdır.
Vətən tikə - tikə , parça - parçasa
Ömür deyilənin sonu borcasa .
Yuxuya gedibsə içimdə qiyam,
Dərənin axmağı , çölün dəlisi
Elin ifləməsi və nəsi , nəsi
Bir də lap inciyim , nə desən , oyam,-
Mən şair deyiləm , aram - qardaşım
Vətən dərdini öz dərdi qəbul edib , oxucusuna da bu böyük dərdin müqəddəs olduğunu sevdirən şair :
Halından çıxarıb insanı hədə,
Boş qalan yurdlarda ulaşır itlər
Şair Qarabağda , şair Göyçədə ,
Canını el üçün verən şəhidlər,-
Mən şair deyiləm atam -qardaşım
deyib , müqəddəslik rəmzinə çevrilən Şəhidlərin söz ilə deyil canı ilə Vətən yazdığını vurğulayır.
Məmməd Ismayıl xalqın şairidir. Onu başa düşən və anlayan bir xalqın. Çiynində bir millətin yükünü daşıya biləcək bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir xalqın.
Adı dünyanın müxtəlif ölkəıərində səsləndikcə qürur duyduğumuz sənətkar - Azərbaycanın Tovuz adlı kiçik bir məmləkətindən parlayan ədəbiyyat günəşi . Bu günəş bütün dünyanı sözünün şöləsi ilə isitməkdədir. Əsərləri Türkiyə , Rusiya , Fransa ,Ruminiya və dünyanın bir çox ölkələrinfə həmin xalqların öz dillərində nəşr olunduqca ədəbiyyat zövqünün nə olduğunu , qələmin gücünün məkan və yer , millət və xalq tanınadığını , zövqlərin və qəlblərin dərinliklərinə hər millətin öz məməvi fəlsəfəsinə görə hopduğunu göstərir. Lakin təəssüf hissi ilə qeyd etmək istərəm ki ,
bütün zamanların və xalqların şairi olan bu sənətkarı öz doğma yurddaşları onun özünün olduğu zirvədə görə bilmir .
Sən ey doğma Vətənin oğey övladı , Məmməd
Ağzı yanmış dünyanın ağzının dadı Məmməd
Dünyanın dəyər verdiyi dühalara öz xalqının layiqli dəyər verə bilmədiyinə görə bu gün Nizamini , Füzulini farslaşdırnaq istəyənlər sabah M. Ismayılı da " özünküləşdirməmək " üçün ustadımızın qədrini bilək ki , özümüzə elə M. Ismayılın öz sözləri ilə desək :
Bu necə dumandı , göz gözü seçmir ?
Bu necə zamandı, düz sözü keçmir ?
Yoxsa , seçdiyini xalq özü seçmir ,-
Sən kimi seçirsən , sən kimi xalqım ?!- deməyək.
M. İsmayıl söz ustadı olmaqla bərabər gözəl bir müəllimdir. - tələbələrinin sevdiyi bir pedaqoq , elmi ictimaiyyətdə öz sözünü demiş bir elm adamı. Özü boyda olduğu hər yerdə Vətən ola bilən bir ustad yubileyiniz mübarək. Həyatı boyunca işlədiyi hər yerdə (Az.TV - də tedaktor , şöbə müdiri , sənədli filmlər birliyinin baş redaktoru , " İşıq " nəşriyyatının direktoru , " Gənclik " - " Molodost " jurnallarının baş redaktiru , AYB- nin katibi , " Oğuz " xeyriyyə cəmiyyətinin sədri , Respublika Demokratik Qüvvələr Birliyinin həmsədri , Azərbaycan Radio və Televiviziya Komitəsinin sədri , Türkiyənin Çanaqqala Universitetinin professoru ) ilklərə imza atmışdır. Azərbaycan televiziyaslnda hazırladığı " Odlar diyarı " silsilə verlişlərinə görə ilk dəfə " Qızıl Qələm " mükadatına ( 1969 ) layiq görülüb. Fransa Elm , Sənət və Ədəbiyyat və Ukrayna Ali Təhsil Akademiyalarının həqiqi üzvüdür. Əsərləri türk , rus , fransız , yapon, qazax , rumun , alban , macar dillərində nəşr olunub. Onun haqqında dünyanın ən böyük elm adamları , şair və yazıçıları məhəbbətlə yazır:
" Məmməd İsmayıl bütün yaradıcılığı boyu yoxluğun şairi oldu" Athanasi Vantchev - şair tərcüməçi Fransa .
" M. İsmayılın şeir dünyasında həyatı sınaq kimi görən və müxtəlif işarətlərdə ilahi yaradılışı kəşf edən böyük inam sahibi ilə qarşılaşırıq." Dmitro Çistyak - şair professor Ukrayna
" M.Ismayıl dünya şeir üfüqlərinin böyük ulduzlarından biridir. Bu xoş bir təsadüfdür ki , M. Ismayıl yaradıcılığında təbii istedad vibrasiyası və mədəniyyət ənənəsi üzvü bir şəkildə birləşir və bu birləşmə sadə , təbii və eyni zamanda poetik fikrin , obrazın obrazlılığına , yeni fəlsəfi fikurlərin doğuşuna imkan verir." Vyaçeslav Samoşkin - " Dialogue of the Seas" ( Dənizlərin dialoqu ) jurnalının baş redaktoru Rumınya və yüzlərlə belə xoş sözlər.
M. Ismayıl poeziyası şairlərinin ucalığı obrazlarının gözəlliyi ilə deyil həm də yüksək mənəviyyatı və ictimai həyatda təsir gücüylə diqqət çəkir.Türk dünyasının qədimliyi və ululuğu sənətkarın böyük Turana sevgisinin etirafıdır:
Göydən gəldiyindən göylərə zamin
Könlündə Tanrı var , dilində amin
Dünyaya birinci gələn adamın
İlkin sevgisidir - Türkün sevgisi
Tarixə səpilən izi böyükdür
Orda da , burda da Türk oğlu türkdür
Elə türklüyü də dünyaya görkdür
Görkün sevgusidir - Türkün sevgisi.
Özü bürün sözləri demiş Türk oğlu türk olan Məmməd Ismayıl haqqında bu kiçik yazını onun yubileyinə kiçik bir hədiyyə etmək istədim. Yəqin ki , Söz sərrafı onun haqqında çox sözü deyə bilmədiyimə görə məni bağışlayar .
Mehriban Sadiqova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.