Xristianlığa aid Qafqazda ilk kilsə Azərbaycanlılara aid olub FOTO
16-01-2024, 10:54
Bu günlərdə tədqiq etdiyim ilk xristianlığın rəsmi dövlət dini kimi Azərbaycan torpaqlarında mövcud olan dövlət tərəfindən qəbul edilməsi yazımdan https://axar.az/news/layiheler/820906.html sonra bəzilərinin təyziqi ilə üzləşdim. Onları başa düşürəm. Bu barədə yazmayacam. Sadəcə yazımın sübutu olaraq Qafqaz ərazisində ilk xristian kilsəsinin Azərbaycanda olmasını qeyd etmək istəyirəm.
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Eramızın 70-ci ildə Qüdsdən yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvarilərin dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmışdır.
Tarixçi Yevgeni İqnatyeviç Krupnov yazır: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Bizdə bu borcdan irəli gələrək Azərbaycanın xristian tarixinin bir hissəsini yaşamış Albaniya barədə tədqiqatları davam edirik.
"Kilsə" İncilin orijinal mətninin yazıldığı dil olan antik yunan dilində "Ekklesia" sözündən gəlir. Mənası "topluluq və ya çağırılanların birliyi"dir. İncil, məcazi olaraq Kilsəni "İsanın Bədəni" adlandırır. Bu bədənin "başı" İsa, bədənin digər üzvləri isə Ona iman edən insanlardır. Beləcə imanlılar İsayla bütünlük təşkil edərək Vahid Bədəni (Kilsəni) təşkil edirlər. İlk Kilsə, İsanın səmaya yüksəlməsindən 50 gün sonra qurulmuşdur. Ondan sonra onun həvariləri dini yaymaq üçün getdikləri ölkələrdə kilsə tikintilərinə önəm verməyə başlamışlar. (Ətraflı bilgi: Z.B.Əliyev. “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər”, Bakı, 2019, 195s.)
Bir çox tarixçilər və arxeoloqlar yazırlar ki, qədim abidələrindən sayılan Kiş kəndindəki eyniadlı məbəd az qala bütün dünyada məşhurdur. Səbəb odur ki, alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Eramızın I əsrinə aid edilən Kiş məbədi əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olub. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumata görə, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. Qədim mənbələrdə də ilk kilsənin Kiş kəndində (Gis) tikilməsi haqqında məlumatlar yer alıb. (Bax: J. Bjornar Storfjell. The Church in Kish. Carbon Dating Reveals its True Age (англ.) // Azerbaijan International— Spring 2003. — No. 11.1)
Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır. Mənbə yazır:
“Bundan sonra Yelisey Qüdsün birinci patriki Ağamızın qardaşı müqəddəs Yakovun tövsiyəsiylə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və oradan Məsküt elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik Gisa gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığı qəbul edilməsi mənbəsidir. Bu kilsə Şərq kilsələrinin anası – metropoliya idi”.
Qədim bir tikilinin tarixini müəyyən etmək üçün bir neçə vasitə var, bunlardan biri də tədqiq edilən obyektin tikintisi zamanı bünövrə qazılmış torpaq qatından götürülmüş nümunələrin radiokarbon analizinin nəticələri ilə müəyyən etmək olur.
Məbəd I əsrdə tikilib və o dövrdə kiçik otaq şəklində olub. Günbəzi qülləsiz idi. V əsrdə isə mehrab və ya altar hissə tikilib ki, oradan da dua etmək üçün istifadə olunub. Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixini təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmdə gəlib çatmışdır.
2000–2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılara rəhbərlik etmiş memarlıq doktoru Vilayət Kərimov arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq Kiş məbədinin sadə təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini müəyyənləşdirmişdir. Prof. V. Kərimov qeyd edir ki, Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir.
Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanmışdır. Qapı və pəncərələrə istinadən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldığını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Kiş məbədi əhəngdaşından tikilmişdir. Məbədin daxili cüt sütunla iki hissəyə bölünür. Divarlarda heç bir yazı yoxdur. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Kiş məbədi qədim bünövrə üzərində tikilmişdir. III-V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilmiş və VI-VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişmişdir. (Bax: З. И. Ямпольский. Древняя Албания III—I вв. до н. э. — Баку. 1962. C. 232—233.)
Kiş məbədi xristianlığa məxsus ən qədim məbəddir. Düzdür, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunub və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilib. Qabaq hissəyə balkon, arxa hissəyə daşqala divar artırıblar. Əlavə olaraq üzərinin günbəz hissəsinin kirəmitini sökərək onun yerinə sarı dəmir çəkiblər. Lakin bu hal çox da uzun çəkməyib. Restavrasiya illərində material analizindən bura əlavə olunan daşların məbədin daşları ilə eyni olmaması aşkarlanıb.
Belə güman etmək olar ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni kilsəsi memarlığına uyğunlaşdırılması məqsədilə edilib. Lakin buna baxmayaraq Alban memarlığını tam dəyişə bilməyiblər.
Haşiyə çıxım ki, Alban dövrü abidələrində, xüsusilə xaçdaşların dekorundakı bədii kompozisiyalarda Xristianlığın simvolu olan xaç təsvirləri ilə yanaşı, türk etiqadları, dünyagörüşü, sənət ənənələri və mədəniyyətinə məxsus müxtəlif elementlər müşahidə olunur. Bütün bunlar alban abidələrinin türk etnomədəniyyətinə məxsus olmasını birmənalı şəkildə təsdiq edir.
Məhz bunu bilən mütəxxəsislər tam əminliklə sübut edə bililər ki, hansı tikili Alban dövrünə aiddir.
İngilis şərqşünası və arxeoloqu K.Vilson Qədim İran mədəniyyətindən danışarkən göstərir ki, “... əldə edilən məlumat və nişanələr deməyə əsas verir ki, daha qədim mədəniyyət mərkəzi Azərbaycan olmuşdur” (Bax: Алиева К.М. Тебризская ковровая школа XVI – XVII вв. Баку, «Элм», 1999. – 268 с.)
Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. (Bax: . Шанидзе – Hовооткрытый алфавит Кафказских Албанцев и его значения для науки, Изв. НЯМИК. Груз. ФАН ССР, Т.4 1938 стр. 3)
Ona görə bu xaçları, memarlıq üslubunu, tikilinin quruluşu və sairə bizə imkan verir ki, iddia etək ki, ilk Xristianlığa aid məbəd məhz Qafqazda, Şəki ərazisində tikilib.
Erməni və Alban kilsələri arasında fərq nədir sualına qısa cavab verək:
Erməni kilsəsi öz xalqına – Allaha ibadət yolu, doğru-dürüstlük, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu göstərmək əvəzinə, din pərdəsi altında terror, üsyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq kimi ideologiyasını təbliğ edir. Lazım gəldikdə gizli toplantılar keçirmək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər. Hələ erkən orta əsrlərdə kilsələrin bu üzdəniraq fəaliyyətləri Bizans imperatorunun da nəzərdiqqətini cəlb etmişdi. Erməni keşişləri, arxireyləri, katolikosları Allahın təbliğindən çox Allaha şər atmaqla məşğul olmuşlar. Bəlkə də elə yarandığı gündən din xadimləri kilsələri şər yuvasına çevirmişlər. Allah evində Böyük Yaradanın əşrəfi olan insana, insanlığa xidmətlə deyil, ona tor qurmaq, qan axıtmaq tədbirlərinin hazırlanması və görülməsi işləri ilə məşğul olmuşlar. Qaynaqlar yazır ki, erməni kilsələrində insanlar qurban kəsilmiş, İblisə ibadət edilir.
Fransız alim Baron de-Bay indiki Ermənistana səfər edərkən orada “Eçmiədzində” özünə yuva qurmuş erməni keşişləri barədə yazmışdır: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur…Mənim bütün minnətdarlığıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyası mərkəz təəssuratı yaratdı. Bütün bunlarda onu bir daha göstərir ki, bu monastırın ermənilərə-haylara heç bir aidiyyatı yoxdur. Bu yalnız biz türkələrə aid olan monastırdı. Lakin, çox təssüf ki, biz islam dinini qəbul etdikdən sonra öz keçmişimizə, öz tariximizə qarşı çıxmış və onlardan uzaqlaşmağa başlamışıq. Biz nə qədər öz tariximizdən uzaqlaşırıqsa o, qədər düşmənlər bizə qalib gəlirlər.”
Zaur Əliyev, dosent