16 min insanın qətli ilə nəticələnən Lənkran qalasının işğalı
18-10-2024, 07:04
Hər zaman Rusiya imperiyasına tabe olmayaraq sona qədər savaşan şəhərlərimiz içərisində Gəncə və Bakının adı çəkilir. Lakin 1813-cü ildə Talış xanlığı, Lənkəran şəhəri də son gücünə qədər Rus ordusuna qarşı savaşmış və yüzlərlə itki veriblər. Ruslar Lənkəranda yerli əhaliyə və onlara qarşı savaşan hər kəsə amansız davarnmışdır. 13 gün sürən döyüşdə general Pyotr Kotlyarevski şəhəri qoruyan Qacar canişini Sadiq Xanın müdafiə sistemi qarşısında aciz qalmış, sonra isə əsgər və silah hesabına şəhəri işğal edə bilmişdi.
Bəzi mənbələr yazır ki, guya, 1813 cü ildə Talış xanlığı könüllü olaraq Rusiyanın tərkibinə keçib. Lakin bu saxta məlumatdır. Talış xanlığı sonuna qədər mübarizə aparıb və döyüşüb Rus imperiyası ilə.
Talış xanlığı 6 mahala bölünürdü (Ərkivan, Dərin, Alar, Məringül, Züvənd və Sepidac) Lənkəran şəhərini və 235 kəndi birləşdirən xanlıqda 40 minə yaxın əhali yaşayırdı o dövrdə.
Qısa Lənkaran şəhərinin yerləşdiyi qala haqqında məlumat verim ki, qala qüllələri olan daş divarla, arxa tərəfdən saxsı örtüklə əlavə olaraq möhkəmləndirilmiş, xaricdən isə dörd metr dərinliyə qədər olan, qismən su ilə dolu xəndəklə əhatə olunmuşdu.
General Pyotr Kotlyarevski döyüşdən öncə Sadiq Xana məktub yazıb təslim olmağı çağırsa da ona verilən “Tanrıya inanan özgə vətəndə qanlar töküb, sadə xalqı yağmalamaz" cavabından sonra hücum əmrini verir.
Sadıq xanın döyüşdən öncə çıxışı: ““Bütün komandirlərə və əsgərlərə əmr edirəm ki, bütün təhlükələrə məhəl qoymadan və canlarını əsirgəmədən qalanı fırtına ilə ələ keçirmək istəyən şər düşməni dəf etmək üçün hər an öz mövqelərində qalsınlar. Vətənimizi dərindən sevərək, biz çarəsiz və inadla müqavimət göstərməli, ölənə qədər vuruşmalı, qalanı əlimizdə saxlamağa var gücümüzlə çalışmalı, vətənimizi xilas etmək üçün özümüzü qurban verə biləcəyimizi soyğunçulara sübut etməliyik. Müqavimətə hazır olun, çünki düşmən quduz canavar kimi bizə doğru gəlir. Qoy hamı silaha sarılsın, kim bilirsə, silahdan istifadə etsin. Bir sözlə, özünüzü müdafiə edin və cəsarətlə ölümə qədər müdafiə olun, ancaq qalanı aldıqdan sonra qəzəbli və vəhşiləşərək heç kimə rəhm etməyən, heç kəsi, hətta uşaqları belə sağ buraxmayan kafirə təslim olmayın. Vətən uğrunda cəsarətlə və mətanətlə vuruşaraq şanlı ölümlə ölmək şiddətli şimal ayıları tərəfindən parçalanmaqdan yaxşıdır”.
Ruslar iki gün davam edən artilleriya zərbələrinə başladılar, lakin demək olar ki, heç bir nəticə əldə edə bilmədilər. Divarları dağıtmaq mümkün olmadığından Kotlyarevski Lənkərana “klassik” şəkildə - nərdivanlarının köməyi ilə hücum əmri verdi.
General bütün qüvvələrini - 14-cü Gürcü Qrenadieri, Üçlük Piyadaları və 17-ci Yaeger alaylarını eyni vaxtda üç istiqamətdən hücuma keçmək əmrini verdi. Qeyd edim ki, rus ordusunun sayı barədə müztəlif rəqəmlər var. Bəziləri 17 min, bəziləri isə 20 min yazır.
Döyüşdən öncə Kotlyarevski elan etdi ki, döyüşdən qaçan istənilən "rütbə və rütbədən asılı olmayaraq" hərbiçi dərhal yerindəcə güllələnəcək.
Gürcü alayının komandiri, polkovnik-leytenant Uşakov qalaya çıxan zaman öldürülür və bundan sonra hücumda şəxsən iştirak edən Kotlyarevski öz nümunəsi ilə əsgərləri ruhlandırmaq üçün pilləkənləri özü qalxmağa başladı. Əlində qılıncla divara dırmaşan Kotlyarevski, demək olar ki, dərhal ayağından bir güllə, sonra daha üzündən bir güllə zərbəsi aldı, onlardan biri sağ gözünü, ikincisi isə çənəsini parçaladı.
Bundan sonra Ruslar amansızasına Lənkəran şəhərində qarşılarına çıxanları öldürməyə başladılar. Mənbələrdə 3737 Lənkəranın müdafiəçilərinin öldürüldüyü yazılır.
Ruslar 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq Xan qəhrəmancasına savaşaraq ölür . Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki , əsl qətliam edərək şəhərin 16 min sakinin öldürdülər .
Gürcüstandakı rus ordusunun komandanı, general-leytenant Nikolay Rtişşevə ünvanlanan raportda yazılırdı: “Düşmən qarnizonu tamamilə məhv edildi; iki min beş yüzdən çoxu divarlara və qalaya hücum zamanı; qalanları Lənkəran çayını keçmək istəyən zamanı öldürüldü. Sərdar Sadıq xan özü də ən yaxşı xanlarla birlikdə qalada öldürüldü. Biz əsir götürmədik. Hamısını öldürdük”.
1813-cü ildə Lənkəran qalasının ruslar tərəfindən alınması onların Qacar dövləti ilə imzalanan Gülüstan sülh müqaviləsini şərtləndirən amillərdən biri idi. Bu müqavilənin bəndlərindən biri Talış xanlığının Rusiyaya birləşməsi olub. Lakin Talış xanlığının ərazisində olan Astara məhz bu zaman iki yerə bölündü.
Mənbələr:
Теймур бек Бай Рамалибеков - «Избранные произведения». «Елм ве техсил». Баку - 2012.
Петрушевский, Илья (1936) Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в. Т. 1.
Nəcəfov T. Azərbaycanın Rusiyaya birləşdirilməsi gedişində xanlıqların ləğvi məsələsinə dair – «Tarix, ictimaiyyət, coğrafiya tədrisi», 1986, №6
George A. Bournoutian. From the Kur to the Aras. A Military History of Russia’s Move into the South Caucasus and the First Russo-Iranian War, 1801—1813. — Brill, 2021. — 318 p. — (Iran Studies, Vol. 22)
Кругов А.И., Нечитайлов М. В. Персидская армия в войнах с Россией. 1796—1828 гг.. — М.: Фонд "Русские Витязи", 2016. — 248 с.
Zaur Aliyev, dosent
TEREF