Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov çətin vəziyyətdə... VİDEO

16-03-2019, 08:53           
Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov çətin vəziyyətdə... VİDEO
Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənova aid olduğu iddia edilən səs yazısının "Youtube” sosial şəbəkəsində yayılması gündəmin əsas müzakirə mövzularından biridir. Bu olay ilə bağlı mediada yayılan xəbərlərdə səs yazısındakı qanuna zidd əməlin hazırda Ağdam rayon İcra Hakimiyyətinin Başçısı olan Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə baş verdiyi iddia olunur.



Həmin səs yazısında 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmiş Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş "Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.

Qanunvericilyin tələbinə görə cinayət əməli haqqında mətbuatda yayılan məlumatlar cinayət işinin başlanmasına əsas verir. Çox maraqlıdır ki, səs yazısının və onunla bağlı xəbərlərin bir çox mətbuat orqanında yayılmasına baxmayaraq Ağdam Rayon İcra Başçısı Vaqif Həsənov məsələyə münasibət bildirməkdən yayınır. Bu isə yayılan səs yazısının və xəbərinin həqiqətdən uzaq olmadığı qənaətini yaradır. İndi ictimaiyyət haqlı olaraq sual edir ki, prokurorluq Vaqif Həsənovla bağlı araşdırmaya başlayacaqmı?
Sozcu.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru