Bərbad səhiyyə ilə bağlı daha bir ziyalı səsini qaldırdı:"Əgər dediklərinizdə səmimisinizsə, islahatlara buradan başlayın, bu insanları ölməyə qoymayın! "FOTO
12-04-2019, 20:12

Sosial şəbəkə istifaadəçisi Əli Mustafayev səhiyyə iləbağlı sttus paylaşıb. Teref.az olaraq statusu oxuculara təqdim edirik:
"Ölkə gündəmini daim məşğul edən mövzuları sıralasaq öndə sosial xarakterli məsələlər gəlir. Bu da təbiidir, çünki vətəndaşların gündəlik qayğıları, verdiyi yaşam mücadiləsi hər şeyi önləyir və qarsayır. Bəli, neft və milyonlar səltənətində təhsilhaqqı ödəyə bilməmək, xəstəxanalarda pullu müalicə almaq, polis serjantından dəfələrlə az pensiya alan professor olmaq, evsiz olmaq, işsiz olmaq...hüquqsuz olmaq, yumşaq desək üzücüdür və dözülməzdi...
Bu günlərdə qarşılaşdığım bir problem məni sarsıtdı... Şəkər xəstəliyindən əziyyət çəkən yaxın insanlardan birinə baş çəkərkən bəlli oldu ki, son günlər səhhəti xoşa gələn deyil. Nədən şəkər xəstələri üçün olan xəstəxanaya yatırmırsınız,-deyə soruşdum. Dedilər ki, xəstənin 10 gün o xəstəxanada müalicə alması üçün 500 manat pul ödəmək lazımdır, üstəlik də gündəlik dava-dırmanı özün almalısan, xidməthaqqı ödəməlisən. Heç bir yerdə işləməyən bu ailənin o pulu olmadığı üçün xəstəsi evdə əziyyət çəkir! Üstəlik də rüşvət verə bilmədiyi üçün bu xəstəyə əlillik qrupu da verilməyib...
Qrip epidemiyası kimi ölkəyə yayılmış şəkər xəstəliyindən əziyyət çəkən yüzlərlə, bəlkədə minlərlə insan səssiz-səmirsiz, "sahibsiz-yiyəsiz" dünyadan gedir!!! Pulu olmadığı, keyfiyyətli müalicə ala bilmədiyi üçün...
Bu gün islahatlardan danışan yetkililərə səslənirəm! Əgər dediklərinizdə səmimisinizsə, islahatlara buradan başlayın, bu insanları ölməyə qoymayın! Şəkər xəstələri üçün müəyyən olunmuş 500 manatlıq müalicə haqqını təcili ləğv edin, onları dövlət büdcəsinin vəsaiti hesabına keyfiyyətli dərmanlarla, təkrar edirəm, keyfiyyətli dərmanlarla təmin edin! Bu bir çox insanlar üçün həyat şansıdır, yaşam qiymətidir! ALLAHDAN qorxun, ALLAH xatirinə..."
Ali Mustafayev
Teref.az olaraq qarşı tərəıfin qaldırılan problemlə bağlı fikirlərini dinləməyə hazırıq!
Teref.az