Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədrinində xaricdə şirkəti var - SƏNƏDLƏR

20-08-2019, 08:59           
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədrinində xaricdə şirkəti var - SƏNƏDLƏR
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir məmurumuzun xaricdə olan şirkəti barədə araşdırma aparıb.
Araşdırma Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlunun Çexiya Respublikasında 2010 -cu ildən təsis olunmuş və nizamnamə kapitalı 200 000 çexiya kronu olan "FAM JONAD sro" şirkətidir.
üstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin statusunu təqdim edirik:

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr 2010-cu ildə Praqada FAM JONAD sro. şirkətini təsis edəndə cənab Mərdanov Azərsu ASC-dəki işindən təzəcə ayrılmışdı. Bir neçə ay SOCAR-da çalışıb. 2014-cü ilin sentyabrından Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədridir. Prezidentin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub.
Çexiyadakı şirkət (qeydiyyat nömrəsi: 24769991) istehsaldan tutmuş, ticarət, daşınmaz əmlak biznesinə qədər geniş fəaliyyət sahələrini əhatə edir.
200 min çex kronu nizamnamə kapitalı olan şirkətin icraçı rəhbəri Arif Mərdanovun Bakıxanov 62 ünvanında qeydiyyatda olan həyat yoldaşı Nərgiz Mərdanovadır. Şirkətin 50 faizlik payı ona, qalan 50 faizlik hissəsi isə Əhməd Cavad küçəsi 1 ünvanında qeydiyyatda olan 24 aprel 1970-ci il təvəllüdlü Arif Mərdanova məxsusdur.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.