Pənah Hüseyn Ceyhun Bayramovun Nazirliyindən qəribə cavab aldı...

22-08-2019, 07:30           
Pənah Hüseyn  Ceyhun Bayramovun Nazirliyindən qəribə cavab aldı...
Teref.az yazır ki, bu gün sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Təhsil Nazirliyindəki süründürməçilikdən şikayət edib.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn özünün "Facebook" səhifəsində yeni status paylaşıb. Pənah bəy yazır:
İndicə e- poçtda Təhsil Nazirliyindən mənə gələn cavabı oxudum. Dünən paylaşdığım statusda təhsil Nazirliyində rastlaşdığım hadisə ilə bağlı status paylaşmışdım və statusdan əlavə nazirliyə bu məsələ ilə bağlı aşağıdakı elektron müraciət mətnini göndərmişdim.
- "Mətn: 20.08.19. tarixdə, qəbula yazılış otağında Elçin Qasımov ad- soyadlı əməkdaş məni təhsil nazirliyinin hər hansı vəzifəli şəxsinin, hər hansı tarixə qəbuluna yazmaqdan imtina etdi və hesab edirəm bununla müraciət hüququmu pozdu. Müraciət hüququmun bərpası və Elçin Qasımovun mənə münasibətdə yol verdiyi hərəkətin səbəblərin araşdırıb tədbir görmənizi və nəticəsi barədə mənə yazılı cavab vermənizi xahiş edirəm."
Cavab həmin müraciətədir.
"Hörmətli vətəndaş,
Sizə 20.08.2019-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzində müəllimlərin işə qəbul qaydaları izah olunub.
Nazirliyin səlahiyyətli şəxslərin qəbuluna vətəndaş şəxsən özü yazılmalıdır."

Siz bir şey başa düşdünüzmü?
Cavabdan da görünür ki, mən Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzində şəxsən olmuşam və qəbula da şəxsən yazılmaq istəmişəm. Mənim statusumda TN haqında dediklərim təsdiqlənirmi? Qalır məhkəməyə müraciət etmək.

RE: Elektron müraciət
Входящие
x

office
10:41 (8 часов назад)
кому: я

Hörmətli vətəndaş,

Sizə 20.08.2019-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzində müəllimlərin işə qəbul qaydaları izah olunub.

Nazirliyin səlahiyyətli şəxslərin qəbuluna vətəndaş şəxsən özü yazılmalıdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.