Naxçıvan istilik rejiminə keçsə də, polislər soyuqdan donurlar
18-11-2022, 08:39

“Dövlət idarələrində, eləcə də DİN-in rayon şöbələrində istilik fasilələrlə verilir. Otaqlarda donuruq”.
Naxçıvanda MR-in polis orqanlarından redaksiyamıza ünvanlanan şikayət məktubunda belə deyilir.
Şikayətçinin bildirdiyinə görə, Naxçıvanda əslində noyabrın 15-dən istilik rejiminə keçilməlid
ir. Keçilib də. Amma idarələrə istilik fasilələrlə verilir: “Səhər saat 8-dən istilik verilir, saat 10 kimi. Sonra istilik kəsilir, bir də axşam saat 18.00-da verilir, 19.00-a qədər. Polis orqanlarında isə iş 19-da bitir. Yəni otaqlarımız isinməmiş istiliyi də söndürürlər. Gecə növbəsinə qalanlar səhərə qədər donurlar. Biz də gündüz donuruq”, - məktubda bildirilir.
TEREF.AZ xəbər verir ki, bunu ovqat.com saytının baş redaktoru Heydər Oğuz yazır. Daha sonra Heydər bər davam edərək yazır:
Məktubda qeyd olunur ki, idarələrin istiliklə təmin olunmasının xərci dövlət tərəfindən ödənilir. Amma Naxçıvanın Maliyyə naziri Rafael Əliyev nədənsə, istiliyə ayrılan pulu cibinə qoyub idarələri lazımi qaydada istiliklə təmin etmir. Hətta ötən il istiliyin fasilələrlə verilməsinı dair qazanxanalara rəsmi məktub da göndərib. İndi qazanxanalar həmin təlimatla işləyirlər.
Rafael Əliyevin ötən il qazanxanalara göndərdiyi təlimatın foto-şəkili
