İsmayıllının da öz 'BOZ KARDİNAL'I VAR İMİŞ... - İLGİNC İDDİALAR
29-07-2023, 17:55
Fotoda İsmayıllının icra başçısı Nahid Bağırova tərs-tərs baxan elə həmin icra hakimiyyətində birinci müavin işləyən Mahmud Süleymanovdu.
Xatırlayırsınızsa pandemiya dövründə İsmayıllıda icra nümayəndəsi Məhərrəm Əhmədov həbs olundu.
Deyilənə görə, həbs Mahmud Süleymanov üçün olmalı idi. Hansısa qüvvələr M.Süleymanovun əməlini M.Əhmədova tətbiq etdi. Niyə Mahmud Süleymanov olunmamasına bir az açıqlama edək.
Mahmud Süleymanov milyonçudur. İsmayıllıda obyektlərinin sayı-hesabı yoxdur. Həmin biznesini İsmayıllıda kadr alveri etməklə əldə edib. Əksər qurumlara özünün adamlarını yerləşdirir. Hər iki alverdən qazandığından pay verdiyi qüvvələr var. Həmin qüvvələr yağlı tikə olan Mahmud Süleymanovu həbsə girməyə qoymadı. Onun kadrları savadsızlıq dərəcəsinə görə öndədir, bəziləri(yaxınları) işə çıxmır. Bir neçəsini qeyd edək:
1. Mahmud Süleymanovun həyat yoldaşı İsmayıllı rayon mərkəzi xəstəxanasında nevropataloq işləyir. Lakin işə çıxmır. Hörmətli TƏBİB Mahmud Süleymanovun xanımını işə çıxmasını təşkil edin.
2. Mahmud Süleymanovun bacısı Kəmalə Süleymanlı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktorudur. Bu kollecdə diplom, imtahan bildiyiniz bazar qiymətləri ilə hesablanır. Bu işləri isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin baş mühasibi Qədir Qədirov icra edir. Hörmətli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əgər məqbul hesab etsəniz, bir neçə tələbə bu dediklərimi təsdiq edə bilər.
3. Hazırda Mahmud Süleymanov bacısının işçisi olan Qədir Qədirovun qohumu Məhəmməd Qədirovu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsində işlə təmin etməyə çalışır. Məhəmməd Qədirov 200 balla qiyabı təhsil alıb. Tapşırıqla dövıət imtahanından keçirdilər. Birinci müavin M.Süleymanovun istəyi ilə həmin idarədə qırmızı diplomlu, qüvvədə olan iki dövlət qulluğu sertifikatı olan, iki ali təhsilli işçi çıxacaq, savadı olmayan Məhəmməd Qədirov onu əvəzləyəcək. Hörmətli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məncə ölkə rəhbəri Ilham Aliyev kadr islahatı deyəndə adamı olanı yox, savadı olanı nəzərdə tuturdu.
Xatırladım ki, Məhəmməd Qədirov saxta pensiya alır. Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi M.Qədirov bu saxta pensiyanı uzun müddət İsmayıllı rayon DSMF-də işləyən atasının əli ilə düzəldirib. Həmin idarənin keçmiş müdiri Kamran Muradov ilə bağlı düzgün qərar qəbul edilsə də, Məhəmməd Qədirovun saxtakarlıqla məşğul ilan atası cəzasız qaldı.
Ardı var....
Zaur Qənbərov - DİA.AZ