ABŞERONUN TƏHSİL İDARƏSİ RƏHBƏRİ YENİ BİZNES QURUB

30-07-2023, 00:10           
ABŞERONUN TƏHSİL İDARƏSİ RƏHBƏRİ YENİ BİZNES QURUB
Abşeron-Xızı şəhər Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva haqda yayılan məlumatlardan birində onun gözəllik salonu biznesinə girişməsidir. Xəbər yayılıb ki, təhsil idarəsinin rəhbəri Abşeron ərazisində gözəllik salonu işlədir. Tribunainfo.az bildirir ki, İ.Abdullayeva bu vəzifəyə ötən il təyin olunub. Bu müddətdə regional təhsil idarəsi rəhbəri kimi çalışıb ki, medianın diqqət mərkəzinə gəlməsin. Amma bu elə də asan deyil. Media iki halda məmuru diqqət mərkəzinə gətirir: müsbət və ya,mənfi fəaliyyəti olanda. Abdullayeva isə bir il ərzində müxtəlif mövzularda populyar olub. Misal üçün istefada olan zabit Vidadi Rzayev sərt tənqidlə çıxış edərək faktlar paylaşmışdı.
Onun sözlərinə görə, guya öz xahişi ilə işdən çıxmış, əslində isə yorulmadan, usanmadan hər fürsətdə hikkə ilə – “Mən səninlə işləmək istəmirəm, ərizəni yaz, işdən çıx!” – deyə-deyə, “öz xahişi ilə” işindən qoparıb, həyatını qaraltdığı əməkdaşların, şəffaflığı təmin etmək məqsədi ilə uzaqlaşdırması haqda həqiqətə zərrəcə uyğun olmayan şaiyələr yaymağa başladı. Neçə illər təhsil təcrübəsi olan, dövlət qulluqçusu statusunu müvafiq imtahandan keçərək öz biliyi və bacarığı ilə qazanan və illər boyu ləyaqətlə daşıyan, işinin öhdəsindən layiqincə gəlmək üçün həqiqətən can qoyan işçiləri işdən çıxararaq, onların yerinə müqavilə ilə, təhsildə heç bir təcrübəyə, xüsusi savada malik olmayan, ən yüksək məziyyəti müdirinin hər sözünə (doğru və ya yalan, fərq etmir) “bəli-bəli” demək olan işçilər təyin olunmuşdur.
Məlumatlara görə, Təhsil idarəsinin sütununu təşkil edən maliyyə-təsərrüfat sektoru daha acınacaqlı durumdadır. İllik büdcəsi 160 milyon manat civarında olan idarənin maliyyə sektoruna əvvəllər Azərpoçtda işləyən, 5-cə aylıq mühasib stajı olan birini – Orxan Şirəliyevi rəhbər təyin etdilər (Orxan Şirəliyevin, Təhsil Nazirliyinin Maliyyə şöbəsinin rəisi Rauf Orucovun oğlunun yaxın dostu olması da sızan məlumatlar qəbilindəndir).

Orxan Şirəliyevin maraqlı məharətlərindən biri də Təmizlik departamenti ilə bağlanmış müqavilədir: bu müqavilənin maliyyə dəyərini şəhərin təhsil müəsisələri arasında ( məktəblərin böyük, kiçikliyindən asılı olmayaraq ) ata malı kimi 69,89 manat olmaqla, bərabər bölüb. Bu cənab özü mənimsədiyi pulları direktorların üzərinə qoyaraq hər ay akt yazdırır. Əslində isə məktəblərdə məişət tullantıları üçün zibil qabları belə yoxdur. Maraqlıdır, bu məbləğ necə müəyyənləşdirilib, əcəba zibilləri tərəzidəmi çəkiblər?!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.