Əslən İmişlidən olan, Tovuzdan qovulan Hacı Nərimanı Zabrata kim axund təyin edib...? - Axund Nəriman Zabrat camaatına deyir ki, buranı Nardarana çevirərəm...
30-07-2023, 08:54
Sözün düzü, Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ ) Tovuz rayonu üzrə SABİQ səlahiyyətli nümayəndəsi, Tovuz Rayon Dini Icmasının sədri, rayonun KEÇMİŞ axundu, Hacı Nəriman Behbud oğlu İbayev barəsində sosial şəbəkədə yayılan video və məlumatlarla tanış olanda məəttəl qaldıq. Guya Allah adamı olan hacı Nəriman şəhid və qazi ailələrinə qarşı hörmətsizlik edir. Bu hələ harasıdır..?
Özünü Allah adamı kimi qələmə verən Hacı Nəriman İbayev Allahın evi olan məscidi natəmiz, antisanitariya vəziyyətində saxlayır. Bu adama başa salan yoxdur ki, Peyğəmbər Əfəndimiz Məhəmməd Rəsulullah buyurub ki...TƏMİZLİK İMANDANDIR...yəni təmizlik olmayan yerə imandan danışmaq yersizdir... Bütün bunlarla bərabər Hacı Nəriman İbayevin dövlətin üçrəngli bayrağını ayaqlar altına atması dözülməzdir. Və üstəlik Hacı Nəriman İbayev hətta dövlətin birinci şəxsi ilə bağlı kitabları da ayaqlar altına atıb...toz-torpaq içərisindədir...
Bəli, belə bir adamı keçən il, yəni 2022-ci ilin dekabrında Tovuz rayonundan çıxarıb Bakı şəhərinə gətirdilər. Bəli, artıq Tovuz camaatı Hacı Nərimanın əlindən bezmişdi və onsuz da onu rayondan qovacaqdılar...
Deməli, Qafqaz Müsəlmanları İdarəsi HACI Nəriman İbayevi Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsinin axundu təyin edib. Və bütün problemlər də bundan sonra başlayıb. Redaksiyamıza təşrif buyuran Zabrat sakinləri deyir ki, axund Nəriman İbayev məscidə gələn sakinləri, namaz qılmaq istəyənləri şantaj edir, onları hədələyir, hətta deyir ki, 15-ci Polis Bölməsinə deyərəm gəlib sizi apararlar...Axund öz çirkin məqsədləri üçün müxtəlif hüquq-mühafizə orqanlarının adından istifadə edir... Yəni bu adam Allah adamından çox şantaşyora oxşayır. Hacı Həriman bir az da uzağa gedərək “siyasi quş” buraxır və deyir ki, buranı Nardarana çevirərəm haa... Hacı Nəriman barəsində Zabrat sakinlərindən olan bir ziyalı yazır ki, bu təyinat Zabratlılara arxadan vurulan xəncər kimi ağırdır: “Bakının 32 kəndi haqqında yazılan bir meyxanada Zabratın AMAN YERİ yeri olması xüsusilə vurğulanır. Bu qəsəbənin yerli sakinləri, həqiqətən də, aman əhlidilər. Xüsusilə də, burada yaşamağa gələn imkansız insanlara qarşı. 60 illik ömrümün son 40 ili bu qəsəbədə keçib. Həyat yoldaşım bu kənddəndir. Övladlarım bu kənddə böyüyüb boya-başa çatıblar. Tam səmimi şəkildə deyirəm ki, Zabrat camaatında olan qürur hissini mən başqa regionlarımızda görməmişəm. Lap acından ölsələr də belə nəinki özgəyə, heç doğma adamlarına belə əl açmazlar. Bu cammaat heç öz dərdi - sərini həll etmək üçün hökuməti belə NARAHAT ETMİR. Zabratlı ziyalı yazır ki, Zabratın axundunu dəyişib onun yerinə Nəriman İbayevi təyin etmək Zabrat camaatına təhqirdir: “Məlum olan budur ki, özü İmişlidəndir. Hansı yollasa Tovuzda bir məcidə axund təyin edilib. Axund olduğu məscidi çox bərbad vəziyyətə salıb. Əhali ilə dil tapa bilməyib oradan uzaqlaşdırılıb”.
Sözün qısası, Zabrat məscidində vəziyyət gərgindir. Zabratlılar deyir ki, müqəddəs məkanı Nəriman kimilərə etibar etmək olmaz.
gundelik baki.com