Texniki şərtin rüşvətlə icra edilməməsi ümumi (publik) hüquq özbaşınalığıdır ? Məhkəmə təminatı hüququna qadağanın yeni məhkəmə metodları

30-07-2023, 15:03           
Texniki şərtin rüşvətlə icra edilməməsi ümumi (publik) hüquq özbaşınalığıdır ?
Şikayətlərin yuxarı instansiyaya göndərilməsindən imtina edilir
İstehlakçı hüquqlarının pozulmasının məhkəmə müdafiəsi ilə bərpa edilməsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbi olsa da , məhkəmələr qanunla üzərlərinə qoyulan görəvi yox, hüquq pozucularının sifarişini icra edirlər. İstehlakçı müdafiə üçün məhkəməyə müraciət edəndə elə özbaşınalıqla, elə süründürməçiliklə, elə hüquq bərabərsizliyi ilə üzləşir ki! Özbaşınalıq o həddə çatıb ki, təbii inhisarçı xidmət qurumlarının mülki müqavilə öhdəliklərini , texniki şərti qanunsuz ödəniş tələb edib illərdir icra etməmələri özbaşınalığı ümumi (publik) hüquq (özbaşınılığı) sayılır !(?)
Təbii inhisarçı xidmət qurumunun özünün verdiyi 03.04.2017-ci il tarixli texniki şərti 7-ci ildir qanunsuz ödəniş- rüşvət tələb edib icra etməkdən imtinasına nə inzibati qaydada, nə də məhkəmə qaydasında hüquqi qiymət verilir. Sabunçu məhkəməsi istehlakçı iddiaçının hüququna elə qadağa qoyub ki, 14 ay qabaq məhkəməyə təqdim edilən iddia ərizəsini dəftərxanadan yoxa çıxarıb. Hətta bir il sonra “e-məhkəmə” sistemindən verilən iddianı da on gündən sonra Məhkəmə Hüquq Şurası “tapıb gün işığına” çıxarıb. Hakim Adilə Paşayeva bu yol məhkəmə qadağasının yeni metodunu icraata xitam verməklə tətbiq edib. Guya cavabdehin texniki şərti 201.72 manat rüşvət tələb edib icra etməkdən imtina etməsi ümumi (publik) hüquq sahəsinə aid hərəkət- özbaşınalıqdır və mülki məhkəmə icraatına yanlış götürülüb, inzibati məhkəmədə baxılmalıdır. Yuxarı instansiyanın- Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Günay Axundova, Cəmilə Musayeva və Fuad Babayev) yazılı icraat qaydasında qəbul etdiyi qərardad da aşağı instansiyanı haqlı sayıb. Hüquqa, haqqa, ədalətə baxın, fiziki şəxs Qarabağ əlili bağını sosial infrastrukturla təmin etmək üçün təbii inhisarçı xidmət qurumu ilə mülki müqavilə bağlayıb, 03.04.2017 tarixli texniki şərt alıb. Xidmət qurumu əlil-istehlakçı qarşısında götürdüyü mülki öhdəliyi – texniki şərti icra etmək yerinə, qanuna qarşı çıxaraq 201.72 manat şişirtmə ödəniş tələb edib, 7 ildir icradan imtina edir, bəyəm bu ümumi hüquq sahəsinə aiddir? Bəyəm sayğacın özünün pulsuz olduğu vurğulanan texniki şərtdə sayğac qutusuna görə 35 manat tələb edilməsi ümumi (publik) hüquq özbaşınalığıdır?
Hələ ki, iki instansiya 201.72 manatlıq rüşvətə görə xidmət göstərilməsindən, işin görülməsindən, texniki şərtin- müqavilənin yerinə yetirilməsindən imtinanı ümumi (publik) özbaşınalıq sayır. Görək, Ali Məhkəmə xüsusi hüquqla ümumi hüququn fərqini aşağı instansiyalara anlada biləcək? Dövlət hesabına vəkillə təminata qadağa qoyulmasa, biləcəyik.
Məhkəmə müdafiəsi hüququna qadağaların elə metodları üzə çıxır ki, eldə deyildiyi kimi, əlin üzündə qalır. “Əli üzdə qoyan” məhkəmə metodlarından bir neçəsini diqqətə çatdırırıq, bəlkə “əlin üzdən üzülməsinə” yardım edə:
Nizami məhkəməsinin hakimi Ülkər Yusifova MPM-də qərardaddan şikayətə baxılmasına hüquqi normanı – MPM-in 269-cu maddəsini “tapmayıb”, qətnamədən şikayətvermənin 361-ci maddəsini analoji norma kimi tətbiq edib, şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən bir aydır imtina edir . Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli isə qətnamədən şikayətin apellyasiya instansiyasına göndərilməsinə qadağa qoyub. Bakı İnzibati Məhkəməsinə Sabunçu məhkəməsindən 4 ildir ləğv edilən işini icraata götürüb, it-bata salmağa ezam olunan Rüstəm Kərimli “rüşvətə hakimliyini elə peşəkarlıqla “ yerinə yetirib ki, 5191 saylı işi tamam sistemdən çıxarıb.
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.