"Səkisiz və dağılmış Lənkəran yolları..."- Lənkəranın yollarına ayrılan pullar hara gedir? FOTO

1-08-2023, 11:28           
"Səkisiz və dağılmış Lənkəran yolları..."-
Bazar günü xaric hər gun saat 08.45 qızımı bağçaya aparıram. Nəzərə alsaq ki, yay aylarıdır, hava səhərlər çox xoş olur. Qızımı uşaq arabasına yerləşdirib üz tuturuq bağçaya. Və bununla da 15 dəqiqəlik yürüş marafonumuz başlayır. Parkurda bizi müxtəlif çətinliklər gözləyir. İlk öncə asvalt. Yollar bərbad və rəzil bir haldadır. Dağılmış bəzi yerlərə ingilis demişkən ağıllarına görə yüngül "make up" ediblər. Çalalar düşüb- çıxmaq nəticəsində bir çox insanın böyrək daşı problemi öz həllini yolunu tapıb. Bu xidməti göz ardı edib, nankorluq ede bilməz Lənkəran əhalisi.
Zarafatı qoyuruq bir kənara keçək həqiqətlərə. Uşaq arabasını sürərkən dəfələrlə qızım yıxılma təhlükəsi yaşayıb. Yaxşı, mən gənc və dinamik insanam bir yerə qədər bu hala yol vermirəm. Axi bu yolu gedən yaşıl, xəstə, hamilə insanlar var və bir nüansa diggət edək bizim getdiyimiz yol xəstəxana yoludur. Üstəlik şəhərin mərkəzi küçəsi olduğu halda bu cür baxımsız qalıbsa, digər küçələrin vəziyyətindən danışmaqa söz necə tapaq? Çox şikayət ediləndə görürük kohnə asvaltin üstündən nazik bir qat çəkirlər və bununla da yeni asvaltımız hazır olur. Uzağı üç ay davam gətirir.
Etiraz edənə deyilir; "Yeni çəkilib asvalt, siz diggətsiz idarə edirsiniz maşınları". Dəfələrlə bu yoldakı baxımsızlıq ucbatından avtoqəzalar olub.
Necə bu boyda diqqətsizlik edilə bilir axı? Aidiyyatı qurumlar hara baxır? Hanı bəs yol çəkmək üçün ayrılmış pullar? Kimin həyat yolunu şümal edir hal hazırda o pullar? Hərə özünə bir hissə mənimsəyib çəkilib kənara. Soruşsan deyəcəklər "Sizə xidmət üçün burdayiq!".
Və Burda mənə ünvanlanacağ olan sual yarana bilər ki,"sən nə üçün asvaltla gedirsən, bu küçələrin səkisi yoxdurmu?" Xeyr, əziz oxucular yoxdur!
Bu da başqa bir problemdir və çox yaxında onun da hesabını soruşulmalıdır...
Leyla
Teref.az




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.