Lənkəran RQİ və TBŞ-də öz qanunları var - Bəs Kamran Məmmədov hansı qanunlardan danışır? VİDEO

1-08-2023, 15:55           
Lənkəran RQİ və TBŞ-də  öz qanunları var -
Mübarizə aparmağa görə cinayət məsuliyyəti varsa mən qanun qarşısında cavab verməyə hazıram.
Paylaşılır dövlətimin qanunsuzluğa qarşı apardığı mübarizəyə dəstək məqsədilə.
Bildiyiniz kimi illərdir Respublikada ən çox rüşvət dövriyyəsi olan MERO larda özbaşınalıqlar prava alveri , "whatsapp" üsulu ilə həyata keçirilən Texniki baxışa yararsız olan avtomobillər, dövlətin əhəmiyyətli idarəsini ticarət mərkəzi kimi idarə olunması açıq-aşkar hər kəsin gözünə görünür.
Lənkəran RQİ və TBŞ-də ban nömrəsi ilə mator nömrəsi uyğun gəlməyən avtomobillər 650 manat Ramiz Zeynalovun kassasına pul ödədikdən sonra MERONUN rəisi Kamran Məmmədov "okey" deyib həmin avtomobilləri soldan salıb sağdan çıxardır.
Məsələnin acınacaqlı tərəfi budur ki, sən gedib dövlət rüsumu ödəyib qanun tələb edəsən vay sənin halına. Səni Kamran Məmmədov elə peşman edəcək ki, birdə onun ticarət obyektinin həndəvərinə yaxın durmayacaqsan.
TEREF.AZ yazır ki, Bolgeinfo Redaksiyasi səhifəsinin paylaşdığı videodan açıq-aşkar görünür ki, Lənkəran RQİ və TBŞ-də avtomobillərin texniki baxışı mövcud qanunvericiliyə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada həyata keçirilmir. Duracaga təmin edilən şəxsin şəxsi əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı ilə qəbul edilmir.
Bəs Kamran Məmmədov hansı qanunlardan danışır?
Mövzuya təkrar qayıdacağıq növbəti video ilə.

Ətraflı Videoda:
Bolgeinfo Redaksiyasi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.