Zaur müəllimin tenderləri də sadə olur... həm də maraqlı... - BU DA FAKT!!!

3-08-2023, 10:56           
Zaur müəllimin tenderləri də sadə olur... həm də maraqlı... - BU DA FAKT!!!
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində olan Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti üç tenderin nəticələrini elan edib. DİA.AZ xəbər verir ki, bütün tenderlərin qalibi Azdövsutəslayihə İnstitutu (VÖEN:1300359461) olub.

Hər halda burada qeyri-adi nəyinsə olmadığı da iddia oluna bilər. Yəni mümkündür ki, həqiqətən də belə bir hadisə baş versin və euni qurum eyni quruma bir neçə tenderi həvalə etsin və həm də təbii yolla - yəni seçmə üsulu ilə... - TENDER yolu ilə... - qanuni olaraq.

Amma burası Azərbaycandır və həm də burası zamanında "Bravo" marketin kassasının arxasında dayanmış Zaur Mikayılov cənablarının rəhbərlik etdiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Və elə bu səbəblərdən şübhələnməyə bilmirsən...

Qeyd edək ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Azdövsutəslayihə İnstitutuna aşağıdakı tenderləri qazandırıb:

1. «Araz çayı boyunca sərhəd infrastruktrunun və ərazilərin sel sularından mühafizəsi tədbirləri üçün layihəsmeta sənədlərinin hazırlanması» - 225 552 manat

2.«Samur çayının Azərbaycana məxsus məcrasında təmizləmə və sahilbərkitmə işləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 206 752 manat

3. «Balakən rayonunun Mazımqara kəndi yaxınlığında sərhəd məntəqəsinini və ərazilərin Mazımçay çayının sel sularından mühafizəsi tədbirləri üçün layihə-smeta sənədlərinin hazırlanması» - 34 488 manat

Biz yazdıq. Qoy gerisini - əgər maraqlıdırsa və həm də imkanları (salhiyyətləri) daxilindədirsə, gərəkən qurumlar araşdırsın.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.