Cabbar Qəribovun Gülnaz xanımla vakant yer bazarlığı necə olur?-Müraciət
1-08-2023, 06:55
Tovuz rayonun Sarıtala icra nümayəndəliyinin Nəmxoş kənd sakini Əhmədov AYAZ RASİM OĞLUNUN REDAKSİYAMIZA BİLDİRMƏSİNƏ GÖRƏ Tovuz Regional Meşə təsərrüfatı Birliyində son 6 ildə meşə gözətçisi kimi işləmişdir. Bu müddət ərzində onun maaaş kartı Birliyin kadrlar şöbəsinin müdiri Gülnaz xanımda olduğu bildilir. Bu adam 6 il ərzində nökər kimi işlədiyini və işinin xatirinə ona yazılan əmək haqqının faktiki üzünü görmədiyini bildirmişdir. Onun meşə gözətçisi olduğu İcra nümayəndəliyi ərazisindəki kəndlərin heç birində qaz təchizatı olmamışdır. Verilən məlumata görə kəndlərin qazlaşmasının qarşısını da yerli Meşə Təsəsrrüfatı Birliyi rəhbərliyi tərəfindən alınır. Səbəbi də budur ki, yerli sakinlər məcbur olub qışda meşə materialı alsınlar. Meşəbəyilər də dədəsinin qiymətinə ağacları kəsib rahatlıqla satsınlar. Əldə edilən pulların çox qismi də ETSN Meşələrin İnkişafı Depertamentinin rəhbəri cənab Cabbar Qəribovun ciblərinə getsin. Bir sözlə, belə anlama gəlirik ki, ETSN Meşələrin İnkişafı Depertamenti təbii sərvətlərimizi qorumaq əvəzinə, onu kəsdirib satmaqla xidməti vəzifələrinə həm də xəyanət etmiş olyurlar. sabiq meşəbəyi olmuş Ayaz Əhmədov bildiri ki, Gülnaz xanım onun yerinə “yağlı” müştəri tapdıqdan sonra əmək müqaviləsinə vaxtı bitdiyi üçün xitam vermiş və yerinə 5000 manat rüşvət qarşılığında Səxavət adlı birisini onun yerinə işə götürmüşdür. Bu da ETSN rəhbərliyinin regionlarda tətbiq etdiyi qayda qanun hesab etmək olar. O da bildirilir ki, gülnaz xanım onu işdən çıxarıb başqasını elə belə işə qoymayıbmış. Burada ETSN meşələrin İnkişafı Depertamentinin müdiri Qəribov XCabbarın birbaşa xeyir-duası ilə mıəslə həllini tapıb. Gülnaz xanım bildirmişdir ki, “Mən kiməm ki, özbaşına iş görürəm. Deyirlər filankəsi çıxart filankəsi qoy. Vəssəlam.” Deməli, belə məntiqi nəticə çıxır ki, Səxavətin verdiyi 5000 mantdan Qəribov İlqarın xəbəri olmuşdur. Yoxsa nə od düşübdür bu məmurun canına ki, Tovuzda hansısa kənddə meşəbəyi təcili surətdə başqası ilə əvəzlənməlidir. Xatırlatmaq yerinə düşərdi ki, bu həmin Qəribov Cabbardır ki, 2021-ci ilin noyabrın 11-də qardaşı oğlu Əfqan Qəribov Şamaxı Regional Meşə Təssərrüfatı Mərkəzinin müdiri olarkən Basqal kəndində xeyli miqdarda palıd ağaclarını kəsdirib satdığına görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırmaya başlamışdır. Yaxşı ki, Qəribov vaxtında işə qarışmış və qardaşı oğlunu məsuliyyətdən qurtara bilmişdir.
Basqal meşəsi
/ifadetv.com