Daha bir MTN "polkovnik"i dələduz çıxdı...
26-12-2016, 10:17

Moderator.az-a Mingəçevir şəhər Mehdi Hüseyn 12. mənzil 14-də yaşayan Rəhimova Elmira İslam qızının müraciəti daxil olub:
"Mən şəhid anasıyam. Həyatda 2 övladım vardı. Bir oğlum Rəhimov Müşfiq Kərim oğlu (subay) 1993-cü ildə Qarabağda şəhid olub. 2-ci oğlum Rəhimov Rövşən Kərim oğlu 22 il DİN-də işləyib təqaüdə çıxdıqdan sonra 43 yaşında 30.12.2014-cü ildə (sərnişin) avtomobil qəzasında həlak olub. Evli idi. 4 övladı var idi. 2 tələbə, 1 azyaşlıdır. Həyat yoldaşım isə 2012-ci ildən beyin iflicindən əziyyət çəkirdi.9 ay ağır yataq xəstəliyindən sonra 16.01.2016-cı ildə dünyasını dəyişdi.
Mərhum oğlum Rəhimov Rövşən Kərim oğlu 22 il Mingəçevir şəhər MP-də manqa komandiri vəzifəsində işləyərək, 2014-cü ildə təqaüdə çıxdıqdan sonra şəhər taksisində sürücülük fəaliyyəti ilə məşğul olurdu. 2014-cü ilin iyun ayında Mingəçevirdə taksidə iş zamanı özünü MTN-də işləyən polkovnik rütbəsində təqdim edən, Ucar rayon sakini Ələsgərzadə Məlahətlə tanış olmuşdur. O bildirmişdir ki, iş yerində ona sürücü lazımdır. Mənim oğlumu öz yanında işə düzəltmək adı ilə ondan hissə-hissə cəmi 5000 (beş min)manat pul almışdır. Pullar ona Ucar rayonunda verilmişdir.
Nəzərinizə catdırım ki, ona verilən pullar borc alınaraq verilmişdir. 2014- cü ilin sentyabr ayında biz onun dələdüz olduğunu başa düşdükdən sonra Ucar rayon PŞ-nə oğlumla ərizəylə müraciət edərək şikayət etmişik. Ərizədə pullar ona nə vaxt verildiyi tam dəqiqliyi ilə göstərilmişdir. Şöbədə bizim işimizə müstəntiq Mirəliyev Rövşən baxırdı. Dəfələrlə Ucara şöbəyə gedərək və ya müstəntiqə zəng edərək işin gedişatı haqqında maraqlanmışıq. Lakin bizə bildirilirdi ki, “biz Məlahəti tapmırıq”. Ucar rayon polisinə bizim şikayət etdiyimizi Məlahət bildikdən sonra verdiyimiz pullardan oğluma 200(iki yüz)manat, nəvəmə (SDU tələbəsi)50 (əlli)manat pul qaytarmışdır.Onu da nəzərinizə çatdırım ki, oğlum 30.12.2014-cü ildə avtomobil qəzasında (sərnişin )faciəvi surətdə dünyasını dəyişmişdir. Varisi olaraq həyat yoldaşı və mən Ucar rayonunun polis şöbəsində olduq və işlə maraqlandıq. Müstəntiq Mirəliyev Rövşən bizə bildirdi ki, ”Mən sizin həyat yoldaşınızla telefonda danışmışam. O mənə bildirdi ki, mən pulumu almışam”. Gəlnim və mən bildirdik ki, mənim oğlum pul almayıb. Yalandır. Əgər alıbsa onda mənə qanuni olaraq oğlumun pulu alması barədə imzası olan sənədi göstərin. Müstəntiq bizə bildirdi ki, ”Heç bir sənəd yoxdur!”. Mirəliyev oğlumun ölümündən istifadə edərək “Pul qaytarılıb” deyirdi. Biz ŞPŞ-nin polis rəisinə yazılı şikayət edərək yenidən şikayətimizə baxılmasını tələb etdik.Bir müddət keçdikdən sonra yenidən işlə maraqlanmaq üçün yenidən Ucara getdik. Artıq yeni rəis gəlmişdir şöbəyə. Rəislə görüşdük və o bizə bildirdi ki, ” Mənə Mirəliyev kimi işçilər lazım deyil! Mən onu işdən çıxartmışam!”.Bizdən öncə rəisin qəbulunda bizim kimi aldadılmış Azər Ağayev olmuşdur. Ucar rayon prokurorluğunada şikayət ərizəsiylə müraciət etdik. Sonralar məhkəmə zalında tanış olduğumuz, bizimlə bərabər Ələsgərzadə Məlahət tərəfindən eyni mənim oğlum aldadılan ssenari ilə İmişli rayon sakini Ağayev Azər Əlikram oğlundanda 23000 dollar pulunu aldadıb almışlar. Onuda bildirim ki Azər Ağayev Məlahətin yuxarıda qeyd etdiyim müstəntiqlərlə MTN geymində polis şöbəsində görüşlərinin dəfələrlə şahidi olmuşdur. Mirəliyevi Azərə göstərərək “Bizim ağsaqqaldı” deyə bildirirmiş. Bildirirəm ki, bütün bu cinayətləri törədən Ələsgərzadə Məlahət şərti cəzada olaraq bütün bu işləri görüb. Bəs bu necə nəzarərdə olub ki, MTN geymində sərbəst respublika ərazisində gəzib və üstəlik 10 nəfəri aldadıb..? Onuda qeyd edim ki, Ələsgərzadə Məlahəti Ucar polisi deyil, Səbail polisləri tutmuşlar. Azər Ağayevin şikayətinə əsasən.
Bizə Ağayev Azərlə birlikdə Ucar prakurorluöundan 14 vərəqlik şikayət ərizəmizə cavab gəldi.Bildirdilər ki,” Sizin oğlunuz Rəhimov Rövşən ,Mirəliyevin verdiyi izahatına əsasən sağlığında polis şöbəsinə şifahi olaraq müraciət edib.Ona görədə ərizəniz əsassızdır.” Məktubu alar-almaz mən Ucar Polis şöbəsinə getdim və oğlumun şəxsən yazdığı şikayət ərizəsini şöbənin arxivindən tapdım və üzə çıxardım.O ərizəniki Ucar prakurorluğunun işçiləri Mirəliyevin rüşvət ilə verdiyi pullarla prakurorun gözü kor etdiyindən tapa bilməmişdir. Lakin sıravi vətandaş olan mən tapdım.Ucar rayonu Prakurorluğunda Azərbaycan Respublikasının Baş Prakuroru Zakir Qaralovun qəbulunda oldum.Dərdimi ona danışdım. Zakir Qaralov mənə “ Narahat olmayın sizin pulunuz son qəpiyinə qədər ödəniləcək!”. Lakin Zakir Qaralovun əmri elə Ucar prakurorunun otağında qaldı...
Ucar rayonu Prakurorluğundan işi göndərdilər Lənkaran Ağır Cinayətlər Məhkəməsinə.Olar işə baxmaqdan imtina etdilər və göndərdilər Bakı Ağır Cinayətlər Məhkəməsinə. Ağır cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədirliyi iləkeçirilən məhkəmə iclasında bizim çıxıçlarımıza qulaq asmaq istəmirdilər.Mən bildirəndəki mən şəhid ansıyam məni dinləyin! Hakimlərdən biri olan Əfqan Hacıyev mənə “Neynim ki şəhid anasısan! Gəl otur boynumda!”dedi.Mənim bu sözləri eşidəndə elə bildim ki məhkəmə binası başıma uçdu.Huşumu itirərək yıxıldım.Hakimlər qorxaraq zalı tərk etdilər.Mən ayıldıqdan sonra heç nə olmamış kimi yenidən zala qayıtdılar. Azər Ağayevlə mən başımıza gətirilən dələduz Məlahətin əlbir olduğu müstəntiq Mirəliyevin oynadığı oyunlarının bütün xırdalıqları ilə danışıldı.Onuda qeyd edim ki,Məlahət özü etiraf edir ki bütün işləri Mirəliyevlə əlbir olaraq edib.Hakimlər yekun qərar olaraq Məlahət Ələsgərzadəyə 10 il iş kəsdilər, müstəntiqlərin işinin yenidən araşdırılması üçün prakurorluğa göndərdilər. İş yenidən Ucar prakurorluöuna gəldi. Ucar prakuroru Elşən Abdullayev işi seyfində saxlayaraq yenə hər şeyə göz yumdu..Dəfələrlə yenidən Prakurorluğa gedərək Zakir Qaralovun qəbulunda olmaq istəmişəm .Lakin imkan verməyiblər .Hər yerə şikayət ərizəsi yazmışam amma hər dəfə mənə yeni istintaq aparılmadan” yalançı istintaqın” nəticəsi olan möhürlü imzalı məktub gəlir.Hər belə bir cavab gəldikdə mən nə qədər sarsıntı keçirirəm.Axı ədalətin bərpa olunmasına niyə məsuliyyətli vəzifəli şəxslər göz yumur.Məqsəd Mirəliyevi məsuliyyətdən gizlətməkdir..
Onuda qeyd edim ki, Ucar rayonuna yeni rəis gəldikdən sonra Mirəliyev işdən çıxdı. Aldadılmış vətəndaşların pullarının hesabına qohumu Sabir Mirzəyevin köməkliyi ilə 35000 manata Astara rayonuna polis müavini vəzifəsinə təyin olunub. Hal-hazırda dələduz Mirəliyev qanun keçiyində durur! Görün Azərbaycan dövlətinin qanunlarını kimlər qoruyur!
Nəzərinizə catdırım ki, mərhum oğlum dörd uşaq atasıydı. Övladlarının ikisi tələbə, o birisi şagirddir..İndiki vaxta tələbə oxutmaq nə deməkdir, bunu mənim kimi əziyyət çəkənlər bilər. Mənim istəyim ədalətin bərpa olunmasıdır. Oğlumu aldadılaraq alındığı pullarının geri qaytarılmasıdır! Bu 65 yaşlı şəhid anasının harayına səs vermənizi sizdən xahiş edirəm!. Mənim oğlumun saflığından istifadə edərək, fırıldaq yolu ilə Ucar rayon polis şöbəsinin müstəntiqi Rövşən müəllimdən və Ələsgərzadə Məlahətdən pulları alıb mənə qaytarasınız. Onu da bildirim ki, hal-hazırda SDU-da oxuyan tələbə nəvəmin təhsil haqqını mənim ödəməyə imkanım çatmır. İllik təhsil haqqı 1700 manatdır. Universitetdən bizə dəfələrlə “Təhsil haqqını ödəyin. Uşağı məktəbdən qoğacağıq” deyə xəbərdarlıq ediblər. Sizə yalvarıram mənim oğlumun pulunu onlardan alıb mənə verin ki, mənimdə yeganə oğlan nəvəmin gələcəyi məhv olmasın! Mən sizdən dönə-dönə xahiş edirəm oğlumun pulumun bizə qaytarılmasında mənə köməklik edəsiniz.
Şəhid anası Rəhimova Elmira İslam qızı.