Cəlilabad sakini huquqlarının bərpa olunmasını istəyir - "Evsiz, işsiz qalmışam”

1-07-2017, 22:38           

“Cəlilabadda məktubun içini poçtda oxuyurlar”

“Mən hərbi əliləm. Əlil kimi vətənimə xidmət etmişəm. Hərbi hüquqlarımın bərpa ounmasını istəyirəm”.

Bu barədə Cəlilabad şəhəri, Təbriz küçəsi 45-də yaşayan Qamət İsmayılov Hurriyyet.org-a şikayət edərək bildirib.

“Məktubun içini oxumaq hansı qanunda yazılıb?”

“Mən bu ünvanda kirayədə qalıram. O dövrlər ki, dövlət 8-9 il idi qurulmuşdu, onda orduya sağlam əvəzinə, xəstələri basırdılar. Kimin pulu yox idi orduya basırdılar. Şəhidlərin ruhu məni çox narahat edirdi. Ona görə də getdim orduda xidmət etdim. Daxili Qoşunların əsgəri olmuşam. Şəki, Qax, Zaqatala, Balakən zonasında daxili müharibənin iştirakçısı olmuşam. Həmin vaxtlarda kəllə-beyin xəsarəti almışam. Elə hərbidən xəstə qayıtdım. Mənim oradan sənədlərimi vermədilər. 3-4 il keçdi, şikayət etdim. Məni daxili qoşunlar komandanlığına çağırdılar. Oradan məni “Primorski” qəsəbəsindəki xəstəxanaya yolladılar. O zaman həkimlər məndən “şirinlik” istədilər. Mənim də imkanım olmadı. Mən də onlardan şikayət etdim. Onlar da arxivimi məhv etdilər, yandırdılar. O vaxtdan bəri beynəlxalq təşkilatlara şikayət edirəm. Şikayətlərimə cavab verən yoxdur. Elə cavab verirlər ki, arxivi axtardıq, tapa bilmədik. Cəlilabaddan məktub getmir. Mən məcburam ki, Bakıya gələndə sizinlə görüşüm, ya da gizlin e-mail ilə rəsmi məktubları sizə göndərim. Bədənimin şəkillərimi də çəkib sizə yollayım. Burada diktatura rejimidir. Hər şeyə nəzarət edirlər. Məktub göndərə bilmirik. Məktubun içini poçtda oxuyurlar. Məktubun içini oxumaq hansı qanunda yazılıb?

Keçən dəfə məni daxili qoşunların komandanlığına çağıranda mənə dedilər ki, indi bizdə təzə kadrlardır. Dedim, mənə bir kağız verin. Gedim hökumətdən evimi, maşınımı alım. Şikayətlərimi “yutuba” da atmışam”, - dedi şikayətçi.

“Diplomum saxtadırsa, bu, niyə mənə verilib?”

İsmayılov ikinci problemini də nəzərə çatdırıb: “Mən texnikum oxumuşam. 15 ildir müəllim işləyirdim. Bizim idarəmizi Misir Mərdanovun vaxtında bağladılar. Müəllimləri saxta diplom adı ilə işdən çıxartdılar. Mən də getdim Gənclər və İdman Nazirliyindən arxivimi istədim. Dedilər arxiv yanıb. Mən də dedim gözüm aydın. Bəs, bizi niyə oxudurdunuz, o diplomu niyə bizə vermisiniz? Hakimiyyəti söyməyə, qarğış etməyə başladım. Məni ölkədən çıxmağa qoymadılar. Xarici İşlər Nazirliyi imkan vermədi ki, veteranlara ölkədən çıxmaq qadağandır. Onda mənə belə dedilər. Mənim başımı aldatdılar. Ayda 100 manat pensiya verirlər, onunla başımı aldadırlar. Yardım verirdilər. Bir dəfə verdilər, zəhərləndim. Daha almıram. Dedilər bunlar səni öldürəck. İkincisi də mənə başqa işlər verirdilər, dedim mən idmançıyam. Ona görə də mən hərbi müəllim işləməliyəm. Neçə illərdir Cəlilabadda çürüyürəm. Xəstə halda vətənə xidmət etmişəm. Niyə mənim haqqımı vermirsiniz? İki uşaq atasıyam, kirayədə qalıram, bilmirəm nə edim... Ölkədən çıxmaq istəyirəm, qoymurlar gedəm xaricdə sığınacaq alım, başımı girləyim. Birincisi, mənim hərbi hüquqlarım bərpa olunsun, ikincisi də mənim diplomum saxtadırsa, bu, niyə mənə verilib? Niyə o diplomu verənlər cəzalandırılmır? Mən bunu tələb edirəm. Sənədləşdirin, gəlim hərbi müəllim işləyim. Bunu tələb edirəm. Təhsil naziri Mikayıl Cabbarovla da görüşdüm, söz verdilər, yerinə yetirmədilər. Cəlilabadın məmurları Vidadi müəllimə, Dürdanə müəllimə tapşırdı, amma hamısı məni aldatdı. Mən nə edim? Dərdim budur, evsiz, işsiz qalmışam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.