Zərdab sakini Ramil Usubova müraciət etdi:"Oğrulara sahə müvəkkili himayə edir."

5-07-2017, 08:05           
Zərdab sakini Ramil Usubova müraciət etdi:"Oğrulara sahə müvəkkili himayə edir."
Zərdab rayonu S. Abdullayev küçəsi ev 67 sakini Cavadov Fərhad Məhəmmədəli oğlu tərəfindən


ŞİKAYƏT

Bu şikayətimdə sizə bildiriəm ki, Bakıda yaşayan qızım Ramidənin evində baş vermiş oğurluq hadisəsinə görə sahə müvəkkili Vüqar Dadaşov birbaşa məsuliyyət daşıyır.Belə ki, 29 aprel 2017-ci il tarixdə qızım Ramidə Əsədovaya məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 6-cı mədən küçəsi 27 nömrəli mənzilinidən Əkbərova Şəlalə Allahverdi qızı bir qrup şəxslərlə əlbir olaraq 6000 manat, 300 ABŞ dolları pulumuzu və 5000 manat dəyərində qızıl-zinət əşyalarımızı oğurlamışdır. Sabunçu Rayon Polis İdarəsində oğurluq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcələsin in 177-ci maddəsi ilə cinayət işi başlanılmış Şəlalə Əkbərova və onunla yaşayan Nəriman Sadıqovun barəsində həbs qəti imkan qərarı seçilsədə digər şəxslər gizlədilmişdir.Çünki həmin şəxsləri Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşov himayə edir.Buna görə də qızımın evindən oğurlanmış pullar və qızıl zinət əşyaları özünə qaytarılmamışdır. Çünki onları sahə müvəkili özündə saxlayır.Həbs edilən Şəlalə Əkbərovanıda və Nəriman Sadıqovu tam əmin edib ki, məhkəmədən şərti cəza ilə həbsdən qurtaracam.Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşov bəlkədə bu minvalla çoxlu sayda mənzillərdən oğurluq etdirib.Bunlar Şəlalə Əkbərovanı və Nəriman Sadıqovu həbs etməklə işlərini bitmiş hesab ediblər.Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm Sabunçu RPİ-nin sahə müvəkkili Vüqar Dadaşovun barəsində tədbirlər görsün onda olan oğurlanmış pularımızın və qızıl zinət əşyalarımızın qızım Ramidə Sadıqovaya qaytarılmasına köməklik göstərəsiniz.

Əlaqə telefonu; (070) 534-54-11
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.