Mikayıl Cabbarovun iş prinsipin bəyənməyən Ağdam Musiqi Kollecinin direktoru kimə güvənir?
8-07-2017, 00:13

O, cavan kadrdı idarəçilik qabiliyyəti yoxdur
Məlumata görə, 103 müəllimdən 20 nəfər işə gəlir ki, onların da maaş kartı direktorun cibindədir. Dərsə gəlməyən tələbələrin də aylıq təqaüdü kollec rəhbərliyinin cibinə gedir. Kollec rəhbərliyi semestr imtahanlarına da haqq qoyub. Qeyd edək ki, Ağdam Musiqi Kollecində baş verənlər sanki bazarı xatırladır. Redaksiyamızın elektron ünvanına olduqca maraqlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva kolleci öz qanun və qaydaları ilə idarə edir. Kollecdə hamı rüşvətlə işləyir, rüşvətlə salam verir. Məlumat verən tələbələr bildirir ki, direktor Laura Ağayeva kolleci alver obyekti edib. Kollecə qəbul olan tələbədən özünün müəyyən etdiyi qiyməti istəyir. Yalnız məbləği ödəyən abituriyentlər tələbə olur, məbləği ödəməyənlərin tələbə olmaq sevinci isə gözündə qalır. Qaydaya görə, hər simestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmir və ən maraqlısı 700-800 manat pul verməyən tələbə diplom ala bilməz. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir. Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar. Bax belə, direktoru Laura Agağeyeva olan kollecin tələbəsi kafedə xidmətçi işləməlidir. Bəs, bu sahəyə nəzarət edən aidiyyatı qurumlar bu fakta nə deyəcək? Susacaqlarmı, yoxsa bir tədbir görəcəklər? Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq. Məlumata görə, 103 müəllimdən 20 nəfər işə gəlir ki, onların da maaş kartı direktorun cibindədir. Dərsə gəlməyən tələbələrin də aylıq təqaüdü kollec rəhbərliyinin cibinə gedir. Kollec rəhbərliyi semestr imtahanlarına da haqq qoyub. Qeyd edək ki, Ağdam Musiqi Kollecində baş verənlər sanki bazarı xatırladır. Redaksiyamızın elektron ünvanına olduqca maraqlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayeva kolleci öz qanun və qaydaları ilə idarə edir. Kollecdə hamı rüşvətlə işləyir, rüşvətlə salam verir. Məlumat verən tələbələr bildirir ki, direktor Laura Ağayeva kolleci alver obyekti edib. Kollecə qəbul olan tələbədən özünün müəyyən etdiyi qiyməti istəyir. Yalnız məbləği ödəyən abituriyentlər tələbə olur, məbləği ödəməyənlərin tələbə olmaq sevinci isə gözündə qalır. Qaydaya görə, hər simestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmir və ən maraqlısı 700-800 manat pul verməyən tələbə diplom ala bilməz. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir. Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar. Bax belə, direktoru Laura Agağeyeva olan kollecin tələbəsi kafedə xidmətçi işləməlidir. Bəs, bu sahəyə nəzarət edən aidiyyatı qurumlar bu fakta nə deyəcək? Susacaqlarmı, yoxsa bir tədbir görəcəklər? Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq.
/xeberci.tv